Bu gün Azərbaycan Respublikası və İsrail dövlətləri arasında olan dostluq əlaqələri əslində qədim tarixə malikdir

Bu gün Azərbaycan Respublikası və İsrail dövlətləri arasında olan dostluq əlaqələri əslində qədim tarixə malikdir
Mayın 30-u İsrail dövlətinin prezidenti İsxak Hersok Azərbaycana rəsmi səfər etdi. Prezident İlham Əliyev bu haqda mətbuata verdiyi bəyanatda ölkələrimiz arasında əməkdaşlığın gücünü vurğulamışdı. Belə ki, 1.7 milyard ABŞ dollarından çox olan ticarət dövriyyəsinin gələcəkdə daha da inkişaf etdirilərək təkcə enerji amilindən asılı olmayacağı vurğulanıb. Bildiyimiz kimi, bu gün Azərbaycan İsrailə xam neftin etibarlı təhcizatçısı olmaqda davam edir.
Kibertəhlükəsizlik də yeni əməkdaşlıq sahələrindən biri olaraq göstərilib. Bu sahənin hər iki dövlətin milli təhlükəsizliyinin əsas hissəsi olduğu qeyd olunub. Müdafiə sanayesi əsasında olan əməkdaşlığımız Azərbaycanın İsarailin müasir avadanlığına çıxışını təmin edir və bu da ərazi bütövlüyümüzün təmin olunmasında böyük əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan Respublikası və İsrail dövlətləri arasında olan dostluq əlaqələri əslində qədim tarixə malikdir. Tarixə nəzər salsaq hələ 1832 -ci ildə Bakıda yəhudilərin ilk ibadət evləri inşa olunmağa başlamışdır. 1870-ci ildə Bakıda neft çıxarılmağa başladıqdan sonra ölkəmizə yəhudi biznes nümayəndələrinin axını başlamışdır. Hazırda Bakı şəhərində yəhudilərin üç sineqoqu fəaliyyət göstərir. Daha bir sineqoq isə Qubada dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədədir.
İsrail 25 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və bundan sonra ölkələlər arasında qarşılıqlı əlaqələr sürətlənmişdir. Hər iki dövlət daiama bir-birinin mədəniyyətinə, dilinə, dininə hörmət ediblər. Azərbaycanda yaşayan yəhudi xalqının nümayəndələri hər zaman cəmiyyətimizin mötəbər hissələrindən hesab olunmuşdur. Biz İsrail dövlətinin maddi-mənəvi dəstəyini ikinci Qarabağ müharibəsində bir daha gördük və buna görə dost ölkəyə dərin minnətdarlıq hissi duyuruq.

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
iİngilis dili müəllimi Humay Həmidli

Oxşar xəbərlər