Zaman-zaman şanlı-şərəfli tarixi keçmişi, zəngin təbiəti, məhsuldar torpaqları və üzlərini halallığa söykəyən sakinləri ilə tanınan Cəbrayıl rayonu, ana Vətənimizin gözəllər-gözəli Qarabağın bir parçası, qəlbimizin hərarəti, gözlərimizin nurudur.
23 avqust 1993-cü il tarixində Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır.
2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndini işğaldan azad etməklə, doğma el-obalarımıza qayıdacağımız günlərin uzaqda olmadığını ortaya qoydu. Məhz həmin vaxtdan sonra özünün ən gözəl günlərinə qovuşan Cocuq Mərcanlı kəndi Qarabağa gedən yolun qapısı hesab olunmaqdadır. Tovuz istiqamətində düşmənin növbəti təxribatının qarşısını almaqla, ona tarixi ibrət dərsi verən Milli Ordumuzun əsgər və zabitləri bir daha sübut etdilər ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və əmri ilə ulu yurd yerlərimizi tezliklə düşməndən azad etməyə qadirdilər və inşallah tezliklə hamımız bu tarixi qələbənin şahidi olacağıq.
27 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilmişdir. Belə ki, Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi və dövlətimizin gücü sayəsində dağıdılmış bütün tarixi abidələr yenidən bərpa olunacaq.
27 il ərzində əldə edilən uğurlar, görülən hazırlıqlar bizi addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Möhtəşəm qələbəmizdən ötən dövr ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan yenidənqurma və bərpa işlərinə nəzər saldıqda görürük ki, bu yerlərdə tezliklə həyat öz axarına düşəcək. O cümlədən, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcək.
Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü. Cəbrayılın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirik.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova