Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi. Biz müvafiq komissiyaların yaradılmasını təklif etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı.
Azərbaycan öz ərazisində döyüşlər aparırdı. Bu, bizim hüququmuz idi. Bizə BMT Nizamnaməsinə uyğun olan özünümüdafiə hüququnu tanıyan məsələ idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həmin torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanıldı. Uzun bir müddət idi ki, ermənilər Zəngilanı boşaltmaq istəmirdilər, hətta burada məskunlaşdırma siyasəti həyata keçirirdilər. Azərbaycan Ordusu cənab Prezidentin rəhbərliyi ilə bu torpaqları tez bir zamanda işğaldan azad etdi. Ümumiyyətlə, müharibə dövründə Zəngilanın işğaldan azad olunması prioritet məsələlərdən biri idi. Çünki bu bölgənin həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan böyük əhəmiyyəti var. Zəngilanın işğaldan azad olunması ilə İranla sərhəddə 132 km-lik ərazi tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Bu isə sonrakı mərhələdə də bizim digər torpaqlarımızın azad olunmasına öz ciddi və müsbət təsirini birmənalı olaraq göstərdi və Azərbaycan tezliklə işğal altında olan digər torpaqlarımızı azad etməyə nail oldu. Zəngilan iqtisadi və siyasi cəhətdən böyük əhəmiyyətə malik, bu füsunkar məkanın yeni dövranı başlayır.
Prezident öz çıxışında vurğulayıb ki, hal-hazırda Zəngilanda quruculuq işləri aparılır. Bu bölgədə hava limanı inşa olunur. Bir xarici şirkət müsabiqədə qalib gəldi yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi.
Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir.
Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək.
Həmdulla İbayev,
Cəlilabad rayonunun sakini, YAP veteranı