Azərbaycan dövləti tərəfindən qətiyyətli addımlar atıldı

Azərbaycan dövləti tərəfindən qətiyyətli addımlar atıldı
Üç il öncə, 10 noyabr 2020 - ci il tarixində Üçtərəfli bəyanatında əks olunmuş müddəaları yerinə yetirməkdən boyun qaçıran Ermənistan dövləti, əks mövqe nümayiş etdirdi. Bəyanatın müddəalarına əsasən qanunsuz erməni silahlı qüvvələri torpaqlarımızdan çıxarılmalı, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən Zəngəzur dəhlizi açılmalı və məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarına qayıtmalı idilər. Əfsuslar olsun ki, erməni separatçıları bu muddəlardan irəli gələn tapşırıqlara əməl etmədilər, əksinə rus sülhməramlı kontingentinin gözü qarşısında əraziyə çox sayda hərbi sursat, texnika və terrorçuları cəlb etdilər.
Cənab Ali baş komandan İlham Əliyevin siyasəti nəticəsində 2023-cü ilin aprel ayında Laçında gömrük buraxılış məntəqəsi fəaliyyətə başladı. Ermənilərin qanunsuz silah daşınmasının qarşısını almaq, bu yolla profilaktik tədbirlər keçirilməsində Azərbaycan dövləti tərəfindən qətiyyətli addımlar atıldı. Dəfələrlə Azərbaycan hökumətinin etdiyi sülh çağırışlarına məhəl qoymayan separatçılar Xəlfəl-Turşsu yolundan istifadə edərək yeni növ texnikaların daşınması ilə məşğul idilər. Dəfələrlə xüsusi kameralar vasitəsilə çəkilmiş və Azərbaycan ordusu tərəfindən müşahidə olunan çoxsaylı faktlar ictimaiyyətə təqdim olunmuşdur. Qanunsuz bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, “səfərbərlik” üzrə yeni qanunsuz bölümlərin yaradılması, bizim Ordunun bölmələrinə qarşı kəşfiyyat çalışmalarının daha da genişləndirilməsi, Ordumuzun mövqelərinin dərinliyinə sızaraq, yeni minalar basdırılması kimi bədəməllər törədilirdi. Təəssüflər olsun ki, erməni separatçıları Azərbaycan hakimiyyətinin humanist və insanpərvər mövqeyindən sui-istifadə edərək bu ilin 9 sentyabrında qondarma prezident seçkiləri keçirmiş, bu seçkilərin legitimliyinin tanınması üçün dünya ölkələrinə müraciət etmişdir. Eyni zamanda 19 Sentyabr tarixində terror aktı həyata keçirərək yeddi Azərbaycan vətəndaşının ölümünə səbəb olmuşlar.
Bu hadisədən sonra Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini və ölkənin konstitusiya quruluşunun bərpa edilməsinin zəruriliyini nəzərə alaraq, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazisində fəaliyyət göstərən separatçılara qarşı lokal hərbi əməliyyatlara start vermişdir. Eyni zamanda, ərazilərimizdə həyata keçirilən ekoloji terror, sərvətlərin talan edilməsi antiterror əməliyyatı üçün mühüm əsaslar yaratdı. Həmçinin qeyd edim ki, ötən ilin sonunda Azərbaycanın Qarabağ ərazisindəki yeraltı sərvətlərinin xarici şirkətlərin əli ilə erməni separatçıları tərəfindən talanması ilə bağlı faktlar açıqlanmışdı. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır. Ali baş komandan, İlham Əliyev, Qarabağdakı "erməni silahlı birləşmənin təslim olduğu və separatçı qurumun özünü buraxdığı təqdirdə dayana biləcəyini" vurğulamışdı.
Qarabağ ermənilərinin nümayəndələri Bakı ilə danışmağa hazır olduğunu bildirmiş, Bakı onları reinteqasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa dəvət etmişdi.

Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
Müəllimi Töhvə Adıgözəlova

Oxşar xəbərlər