Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə yanaşı, Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu

Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə yanaşı, Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu
1991-ci ildə Sovetlər İttifaqına daxil olan bir neçə respublikada, o cümlədən Azərbaycanda müstəqilliyə qovuşmaq uğrunda mübarizə qarşısıalınmaz həddə çatdı. Həmin il avqust ayının 30-da keçirilən Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi.
Buna qədər isə qədər xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə Naxçıvandan başlanan milli dirçəliş prosesi Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməyə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atılmağa başlanmışdı. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşüb. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə ba şladığı müstəqillik mübarizəsinə 1991-ci ildə hüquqi müstəvidə münasibət bildirirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi.
Xalqın iradəsi, Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı, müstəqilliyimizin və özünüdərkin ilk anonsu olaraq 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi. Muxtar respublikanın rəmzi olaraq qəbul edilmiş üçrəngli bayrağımız 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olmaqla bərabər, həm də müstəqilliyimizin ilk rəmzi idi. Muxtar respublikada aparılan islahatların məntiqi davamı olaraq, Ümummilli Liderin iradəsi ilə Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, SSRİ-nin mənəvi mirasını özündə daşıyan “sovet” və “sosialist” sözlərindən imtina, özü ilə birlikdə müasirliyi, yeniliyi, özünüdərki gətirdi.
Тarixin təlatümlü anlarında bu müddət ərzində Muxtar Respublikanın Ali Məclisi baş vermiş qanlı 20 Yanvar faciəsi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoydu. Bu hadisənin əsas günahkarlarının SSRİ rəhbərliyi olması, eləcə də respublikaya rəhbərlik edən şəxslərin bilavasitə günahkar olmaları və məsuliyyət daşımaları qeyd edildi. Məhz 1991-ci ildə tarixin keşməkeşli dövründə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar iclası çağırıldı. Məhz bu iclas zamanı Ulu Öndər Heydər Əliyev çıxışında müstəqillik məsələsinə toxunaraq, 70 illik imperiyadan ayrılmağın vaxtının çatdığını qeyd etdi. Məhz bu çıxışdan sonra Azərbaycanın müstəqilliyinin bərpası məsələsi gündəmə gəldi və müstəqilliklə bağlı real addımlar atılmağa başladı. Təsadüfi deyildir ki, məhz həmin gün – avqustun 30-da müstəqilliyin elan edilməsi ilə bağlı qəbul olunmuş bəyannamə ilə Azərbaycan öz tarixi müstəqilliyini bərpa edirdi.
Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə yanaşı, Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Yalnız bundan sonra "1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır" - deyən ulu öndərin qiymətləndirdiyi Konstitusiya Aktının prinsipləri real həyata vəsiqə qazanmağa başladı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Müstəqillik haqqında Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan
Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”. Ölkə səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoydu. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nətisəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı.
1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və bununla da ölkəmizin parçalanmasının qarşısı alındı, inkişaf yoluna qədəm qoyuldu. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı”. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiya ilə Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət olduğunu və bu prinsiplərlə inkişaf yolunu tutduğunu bütün dünyaya bəyan etdi.
Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik və titanik inkişaf dövrünü yaşayır. Çünki cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir ki, 30 il ərazində itirilmiş torpaqlarımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın başçılığı ilə işğaldan azad edildi. Bu tarixi qələbənin nəticəsidir ki, məhz bu il Azərbaycan xalqı olaraq 18 oktyabr – Müstəqilliyin bərpası gününü qürurla qeyd edəcəyik. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Ulu Öndər Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri artıq hər bir azərbaycanlının milli mənlik şüurunun zirvəsinə çevrilib.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva



Oxşar xəbərlər