Bu gün Azərbaycanın müstəqilliyini bərpa etmiş ölkədir. Xalqımızın uzun illər həsrətində olduğu müstəqilliyə gedən yolda təməli Ulu Öndər Heydər Əliyev 1991-ci ilin 30 avqust tarixində qoydu. 1991-ci ildə qəbul edilmiş müvafiq Akt ölkəmizin Xalq Cümhuriyyətinin varisi olduğunu elan edir. Varisi olduğumuz Cümhuriyyət çətin tarixi sınaqlarla üzləşmiş və müstəqilliyini qoruya bilməmişdir.
Müstəqilliyimizin ilk rəmzi kimi 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir və bu barədə Azərbaycan parlamenti qarşısında məsələ qaldırılması haqqında önəmli qərarlar qəbul edilmişdir.
Həmçinin Ümummilli Liderin sədrliyi ilə aparılan islahatların davamı kimi “sovet” və “sosialist” sözləri götürüldü və nəticədə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı.
20 Yanvar faciəsi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoyan Muxtar Respublikanın Ali Məclisi baş vermiş faciədə əsas günahkarlarının SSRİ rəhbərliyi və respublikaya rəhbərlik edən şəxslərin olmalarını qeyd etdi.
Azərbaycan xalqına qarşı olan ədalətsizliyə və faciəyə biganə qala bilməyən Ümummilli Lider Heydər Əliyev həyatını təhlükəyə ataraq hələ SSRİ dağılmamışdan əvvəl, hələ 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək 20 Yanvar faciəsinin təşkilatçılarını cəsarətlə ifşa etmişdir.
Xalqın tələbi ilə baş tutan növbədənkənar iclasda Ümummilli Lider Heydər Əliyev öz çıxışında sovetlər imperiyasından ayrılmağın zamanı gəldiyini qeyd etdi. Bu çıxışla da Azərbaycanın müstəqilliyinin bərpası məsələsi gündəmə gəldi.
Ümummilli Lider Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan Kommunist Partiyasına və sovet dövlətinə etiraz olaraq 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk etmişdir.
Nəhayət ki, 1993-cü il iyunun 15-də xalqın istəyi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldi. Xalqın inamını doğruldaraq Ulu Öndər Heydər Əliyev ölkəmizin parçalanmasının qarşısı aldı. 1995-ci ildə referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qeyd edildi və burada Bəyannamədə olan şəxsiyyətin toxunulmazlığı, insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığı və digər vacib bu kimi vacib məsələlər öz əksini tapdı.
Bu gün hər birimiz günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağımıza, suveren dövlətdə yaşamağımıza görə Ulu Öndərə borcluyuq.
Maştağa qəsəbəsi, 28 saylı tam orta məktəbin
Müəllimi Vəfa Babayeva