Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaqdır

Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaqdır

Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu.

Erməni qəsbkarları torpaqlarımızın işğalını davam etdirdiyi bir vaxtda yaradılmış silahlı birləşmələr dövlətə deyildə, ayrı-ayrı adamlara tabe idi. Yeni qurulmağa başlayan orduda baş alıb gedən bu özbaşınalıq, nizam-intizamsızlıq, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Belə bir vaxtda xalq bütün ümidini Heydər Əliyevə dikmişdi. Azərbaycanın məhv olmaq və parçalanmaq ərəfəsində xalqımız dahi şəxsiyyət, dövlətçilik təcrübəsi olan siyasi xadim Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. Həmin günlərdə ölkədə qarışıqlıq hökm sürürdü. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu ağır gündə hadisələrə kənardan baxa bilmədi. Ümummilli Liderimiz Heydər Əliyev xalqın dəvətini qəbul edərək 9 iyun 1993-cü ildə paytaxtımız olan Bakı şəhərinə gələrək dövlətçiliyimizin xilasına atıldı.
Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaqdır

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin hər bir vətəndaşını sevindirirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qayıdışı böyük ümidlə, inamla qarşılamışdı. Bununla da Azərbaycan xalqının dövlətçiliyinin bərpası yolunda çox böyük önəmli və uğurlu dönüş yarandı. Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün çətin olan bir vaxtda hakimiyyətə gəldi və ölkəni real təhlükələrdən xilas etdi. Həmin gərgin günlərdə baş vermiş hadisələri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq yarandı, özbaşınalıq aradan qaldırıldı. Azərbaycan dövlətçiliyi ona qarşı yönəldilmiş qəsdlərdən uğurla, üzüağ çıxdı. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi xalqa ruh yüksəkliyi gətirdi. Xalqın itirilmiş inamı özünə qayıtdı. Ölkədə və cəmiyyətdə sabitlik hökm sürməyə başladı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz qarışıqlıqdan xilas oldu, uğurlar qazandı. Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu. Xalqımız Ulu Öndərimizin bu xidmətlərini heç vaxt unutmur və unutmayacaqdır.

Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gələrkən "Bundan sonrakı ömrümü də xalqıma bağışlayıram və onların xoşbəxt gələcəyi uğrunda həyatımı fəda etməyə hazıram" - dediyi sözlərə sadiq qalaraq, ölkəmizin başının üstünü almış qara buludları dağıtdı. Hakimiyyətə qayıdandan sonra iradə, güc nümayiş etdirən Ümummilli Liderimiz Heydər Əliyev ölkəni düşdüyü fəlakətdən qurtarmağa nail oldu.

Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçinin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi Ulu öndər Heydər Əliyev tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Ulu Öndər Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Ümummilli Lider Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

Ulu Öndər Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Azərbaycan var olduqca O da yaşayacaqdır.

Hörmətlə YAP üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Böyük Qayıdış Gənclər Təşkilatının üzvü, İrəli ictimai Birliyin üzvü, Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyin üzvü və könüllüsü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Güvən Xeyriyyə ictimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı, Bakunews.az xəbər portalının əməkdaşı, Nərgiz Fondunun əməkdaşı, Nərgiz Jurnalının əməkdaşı Fərid Şərifov


Oxşar xəbərlər