Dövlətin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, azadlığımızın, müstəqilliyimizin bərqərar olması böyük qurtuluşun başlanğıcı idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi. Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və yorulmaz, fədakar fəaliyyəti ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət ağırlaşır, erməni təcavüzü gündən-günə güclənirdi, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum real vətəndaş müharibəsi təhlükəsi yaradıb, hakimiyyət boşluğu formalaşdırmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Həmin ərəfədə Azərbaycanı düşdüyü mürəkkəb durumdan xilas etmək üçün güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi qüvvə lazım idi. Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə qayıdışını böyük təkid və qətiyyətlə tələb etməyə başladı. Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi.
Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən o dövrün hakimiyyəti xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə tam qadir olduğunu göstərdi. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası ilə demokratik, hüquqi dövlət yaratmağa müvəffəq olmuşdur.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova