Fədakarlıq biz azərbaycanlıların başlıca əməlidir

Fədakarlıq biz azərbaycanlıların başlıca əməlidir Xalqın müqəddəs saydığı,inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Həkimlərin xəstələrə göstərdikləri qayğı, fədakarlıq heç bir ölçüyə siğmayacaq qədər böyükdür, onların əziyyətini bir neçə cümlə ilə ifadə etmək mümkün deyil. Düşünürəm ki, xəstələrin həyatda qalması üçün həkimlərin göstərdikləri bu fədakarlıq əslində böyük eyni zamanda müqəddəs misiyadır.
Keçək əsas mətləbə.
Nərimanov Tibb Mərkəzinin rəhbərliyinə tibb heyətinə, kollektivinə sözün əsl mənasında "Əhsən".
1968ci il təvəllüdlü Abdullayeva Aygül adlı xanım iyulun 6-si Nərimanov Tibb Mərkəzinə təcili tibbi yardimla gətirilərək kəskin beyin qan dövranı pozğunluğu diaqnozu ilə qəbul olunur. Lakin aparılan ilkin müayinələrdən sonra xəstədə indiyə qədər özünûn de bilmədiyi "ṣəkər xəstəliyi "aşkarlanır.Və məlum olur ki, Xanımın sağ ətrafda baş barmağının qanqrenası aşkarlanır. İlkin olaraq təbii ki, damar cərrahları lazım idi, çünki xəstənin vəziyyəti olduqca ağır qiymətləndirilirdi. Hətta Akademik Topçubaşov adına Kliniki Cərrahiyyə mərkəzindən çağrılan konsultantlar belə xəstəni əməliyyata almaqdan imtina etdilər.. Belə bir məqamda qərar vermək çətin olsa da Nərimanov Tibb Mərkəzinin rəhbərliyi və həkimlərinin birgə qərarı ilə xəstənin əməliyyatı Nərimanov Tibb Mərkəzində, xəstəxananin anestiziyoloqunun nəzarəti altinda Topçubaşov adına Kliniki Mərkəzdən dəvət etdiyimiz damar cərrahı doktorlar Nəsibov V.Abbasova A tərəfindən həyata keçirildi.Xəstənin sağ aşağı ətrafın budun aşağı 3/1 səviyyəsində amputasiyasi aparildi.
Təbii ki ən böyük məsuliyyət Nərimanov Tibb Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Elçin Həsənovun üzərində idi.Şükürlər olsun ki, Nərimanov Tibb Mərkəzinin rəhbərliyinin verdiyi düzgün qərar və peşəkar həkim komandasının səyi nəticəsində xəstə bu gün həyatdadı.
Bütün əziyyəti olan həkimlərimiz Var olsun.


Fədakarlıq biz azərbaycanlıların başlıca əməlidir





Oxşar xəbərlər