Rusiyada həkim xəstəni bir zərbə ilə öldürdü – VİDEO

Rusiyada həkim xəstəni bir zərbə ilə öldürdü – VİDEO O, kişini ayıltmağa çalışıb

Belqorod 2 saylı şəhər xəstəxanasının terapiya şöbəsinin həkimi tibb bacısına sataşan xəstəni döyüb. Nəticədə xəstə ölüb. Bu barədə “360 Podmoskovye” telekanalı məlumat yayıb.

qanuninfo.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə 2015-ci ilin dekabr ayının 29-da terapiya şöbəsinin qəbul otağında baş verib.

Müşahidə kameraları həkimin xəstəni müayinə edən həmkarının kabinetinə daxil olmasını qeydə alıb. Həkim xəstədən tibb bacısına nə üçün toxunduğunu soruşub, sonra isə onun yaxasından tutaraq digər otağa sürükləməyə çalışıb.

Həkim xəstənin başına bir zərbə vurub, zərbədən huşunu itirən xəstə yerə yıxılıb. Hadisə yerində olan tibb işçiləri zərərçəkənin göyərməyə başladığını görüblər. Həkim kişini özünə gətirməyə çalışıb, amma buna nail olmayıb. Xəstə ölüb.


Oxşar xəbərlər