15 iyun- Milli Qurtuluş Günüdür
15 iyun Milli Qurtuluş Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Sonra Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilmişdir.
Toplantının əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə qısa nəzər salmış, 1993-cü ilin iyun hadisələri barədə danışmışdır. Qeyd etmişdir ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə iqtidarda olanların səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda artıq kulminasiya həddinə çatdı. Ölkəni xaos və anarxiya bürümüş və dövlət müstəqilliyimiz çox ciddi təhlükə ilə üzləşmişdi. Diqqətə çatdırmışdır ki, belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bildi. Bu səbəbdən də 15 iyun - Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür. Və bu gün onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış , müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur.
Daha sonra Rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “Heydər Əliyev-Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Natiq Allahverdiyev, Şəki-Zaqatala Təhsil İdarəsinin Qax rayonu üzrə Təhsil Sektorunun müdiri Babək Heydərov və Qax Peşə liseyinin direktoru Səbuhi Bilalov 15 iyun- Milli Qurtuluş Gününün siyasi əhəmiyyətindən söz açmışlar.
15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar bayram tədbiri axşam saatlarında konsert proqramı ilə davam edəcəkdir.
RİH başçısının Qapıçay kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qapıçay kəndində 13 iyun 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə elektrik dirəklərinin dəyişdirilməsinə, mövcud artezian quyusundan su xəttinin çəkilməsinə, daxili yolun təmiri üçün texnikanın verilməsinə, qaz xəttinin çəkilişinə, xəstə uşağın müayinəsi üçün maddi köməkliyin edilməsinə, dövlət məşğulluq mərkəzi tərəfindən özünəməşğulluq proqramına cəlb olunması üçün lazım olan avadanlığın verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.