Bəzi internet saytlarında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Əziz Əzizov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Suraxanıda 15 İyun – Milli Qurtuluş günü qeyd olundu
İyunun 14-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı təntənəli tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər.
RİH-in akt zalında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Əziz Əzizov çıxış edərək bu günün xalqımız üçün əsl qurtuluş tarixi olduğunu vurğulayıb. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında həlledici rol oynadı. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Həmin uğurun bariz nümunəsi 2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən böyük Zəfər və Qələbədir.
Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının direktoru Xəyalə Veyisova da Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edərək qədirbilən xalqımız tərəfindən böyük xilaskarın xidmətlərinin heç zaman unudulmayacağını bildiriblər.
Sonda incəsənət xadimlərinin ifasında Ulu Öndərə həsr olunmuş çıxışlar təqdim edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 226 saylı tam orta məktəbdə "Son zəng" tədbirində iştirak edib

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məzunların təqdimatlarından sonra RİH başçısı çıxış edərək 11-ciləri təbrik edib, öz layiqli davranışları, parlaq gələcəkləri ilə onlara bəslənən ümidləri doğruldacaqlarına əmin olduğunu vurğulayıb.
RİH başçısı həmçinin 2023-cü ilin ölkəmizdə Heydər Əliyev İli elan olunduğunu qeyd edərək xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə müstəqil Azərbaycanın dünya standartlarına uyğun təhsil islahatları əsasında yeni milli təhsil sisteminin qurulduğunu diqqətə çatdırıb.