"Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Məmməd Musayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Məmməd Musayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
"Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev - 5 il əvvəl aprelin 11-də şəffaf, azad, demokratik şəraitdə keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununlada müdrik və öz taleyinin sahibi olan xalqımız bütün destruktiv və anti-Azərbaycan qüvvələrinə yox dedi, milli satqınlıq nümayiş etdirən ünsürlərə bir daha öz yerini göstərdi və ölkəmizin inkişafına, tərəqqisinə, təhlükəsizliyinə, xoşbəxt gələcəyinə səs vermiş oldu. Ölkəmizdə keçirilmiş 11 aprel növbədənkənar prezident seçkiləri bütün beynəlxalq təşkilatlar, mərkəzlər o cümlədən müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmiş, seçkilərin qanunvericiliyə uyğun, demokratik şəraitdə yüksək seçici fəallığı ilə keçməsi və mükəmməl təşkili vurğulanmışdır.
Geridə qoyduğumuz bu illəri əsrə bərabər zaman kimi xarakterizə etmək olar. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz çox böyük inkişaf yolu keçmiş, dövlətimizin qüdrəti daha da artmış, Azərbaycanın beynəlxalq miqyasda mövqeyi və nüfuzu xeyli dərəcədə güclənmiş, ölkəmizdə hər bir sahədə inkşaf və tərəqqi hökm sürmüşdür.
2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi həkk olmuşdur. Ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə,əhalinin banklardakı əmanəti 30 dəfə artmış, 1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmiş, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.
Həyata keçirilən müdrik siyasət nəticəsində ölkəmizin dünya üzrə qlobal rəqabətlilik indeksindəki mövqeyi xeyli artmışdır. Azərbaycan Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə yer almış və MDB məkanında liderliyini qoruyub saxlamışdır. Eyni zamanda Azərbaycan dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri kimi tanınmışdır.
Xarici siytasət və diplomatik sahədə də uğurlarımız saysız-hesabsızdır. Cənab İlham Əliyev tərəfindən müstəqil, çoxşaxəli və milli maraqlarımızın qorunmasına hesablanmış müdrik xarici siyasət kursu həyata keçirilmişdir. Ölkə başçımız cənab İlham Əliyev Azərbaycanın dünyada nüfuzunun artması, etibarlı tərəfdaş kimi tanınması istiqamətində gecə-gündüz yorulmadan çalışmış, xarici ölkələrə səfərlər, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak, dünya miqyaslı təşkilatlarla yaxından əməkdaşlıq etmişdir. İnkşafa və sülhə hesablanmış müdrik İlham Əliyev siyasəti dünyada unikal siyasət olaraq qəbul edilir, bir sıra dünya miqyaslı siyasətçilər, tanınmış şəxslər bu siyasəti təqdir edir və nümunəvi siyasət olaraq qiymətləndirir.
Və ən əsası ölkə başçısı İlham Əliyevin illər ərzində zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi unikal və bənzərsiz siyasət xalqımıza zəfər sevincini də yaşatdı. Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bununla da bizlər öz doğma torpaqlarımıza qayıtdıq və Qalib Xalqa çevrildik.
Gücünü xalqından alan, verdiyi bütün vədləri tamlıqla yerinə yetirən cənab İlham Əliyev, öz fəaliyyəti ilə, söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” kəlamını reallığa çevirmiş oldu.