Məmməd Musayev: Azərbaycan demokratik və hüquqi dövlətdir

Məmməd Musayev: Azərbaycan demokratik və hüquqi dövlətdir Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan, şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevi nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, Məmməd Musayevin barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Vaqif Həsənov deyil, həm də "Azərbaycan digər vəzifəli şəxsləri də hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Məmməd Musayev şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

P.S. Jurnalist peşəsinə hörmət edən hər bir şəxs Məmməd Musayev haqqında yazılan materialları əvvəlcədən araşdırmalı, Məmməd Musayevin özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir


"Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev - Azərbaycanda 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş konstitusiya müstəqil Azərbaycanın ilk konstitusiyasıdır. Bildiyimiz kimi 1918-1920-ci illərdə 23 ay mövcud olmuş AXC ölkənin əsas qanunu qəbul edə bilməmişdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra isə yeni konstitusiyanın qəbul edilməsi zərurəti yaranmışdır. Bunun üçün də ümummilli liderimiz başda olmaqla xüsusi komissiya yaradılmış və konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdir. Ona görə ki, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, hüquqi islahatların, qanunvericiliyin, iqtisadi, sosial sistemlərin sürətlə dəyişən şəraitə uyğunlaşdırılmasına yol açmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Ölkənin güclü inkişafı və hüquqi dövlətin yaradılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Azərbaycan Respublikasının konstitusiyasında ülvi niyyətlər bəyan olunub. Qanunun aliliyini təmin edən müstəqil dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar olunması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının layiqincə təmin edilməsi konstitusiyanın əsasını təşkil edir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın maraqları naminə həyata keçirdiyi xüsusi tədbirlərdən biri də məhz yeni konstitusiyanın qəbul olunması məsələsidir. Eyni zamanda konstitusion hüquqlarımızın tam şəkildə təmin olunması məqsədilə Ulu öndərin təşəbbüsü ilə 1998-ci il 14 iyul tarixində Konstitusiya Məhkəməsi yaradılmışdır.

Məmməd Musayev: Azərbaycan demokratik və hüquqi dövlətdir


Digər mühüm bir məsələni qeyd etmək lazımdır ki, məhz konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başlamış və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyasını yaratmışdır.Bununla bərabər əsas Qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə etibarlı təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. Həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur. Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı fərmanla qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" Qanun 3 bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər Azərbaycanın uğurlu inkişafı və demokratik, hüquqi dövlətin formalaşdırılması naminə hesablanmışdır.
Bugün Müstəqil Azərbaycanın və Partiyamızın qurucusu olan Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin edilir və demokratik inkişaf yolunda möhtəşəm uğurlara nail olmuş Azərbaycanın təcrübəsi təsdiqləyir ki, ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə hüquqi bazanın möhkəmləndirilməsi, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.

Oxşar xəbərlər