Bir çox dövlətlər var ki, bəşəriyyət tarixində bir birinə din, dil və bir çox mədəni köklərlə bağlanıb. Lakin onların heç biri Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyil. Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin kökü çox qədim tarixə söykənir . Bir millət, iki dövlət olan Azərbaycan Türkiyə tarixin həm çətin, həm də qədim dövrlərindən hər zaman bir-birinə qardaş dəstəyi nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam ordusun uzun çəkən müharibələrdə Bakını xilas etməsi Azərbaycan üçün dönüş nöqtəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana gəlməsi və xilas əlini uzatması hər bir azərbaycanlının qəlbində sevinc işığı olmuşdur. Və biz xalq olaraq bunu heç vaxt unutmayacağıq.
Təsadüfi deyil ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk də Azərbaycanın kədərini özlərinin kədəri, sevincini özlərinin sevinci olduğunu bildirmişdir. Elə ötən əsrin əvvəllərindən cərəyan edən hadisələrə nəzər salsaq dediklərimiz öz təsdiqin tapar.
Birinci Dünya Müharibəsinin başlanması ilə Çanaqqala savaşının (1914-ci il) əsası qoyulduğu illərə nəzər salsaq görərik ki, burda da türklərlə yanaşı Azərbaycan da qardaş prinsipi ilə Türkiyənin yanında olub, qardaşlıq əlin uzadıb. Tarixi köklərə əsaslanan qardaşlığın sübutu Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyini qazandıqdan sonra onu ilk tanıyan dövlətin Türkiyənin olması idi. Türkiyə Azərbaycan arasındakı qardaşlıq bağlarını böyüməkdə olan nəsil də böyük fəxr və sevgi ilə davam etdirir. Bu da onu göstərir ki, iki dövlət arasındakı münasibətlər tarixi köklərə söyləməklə yanaşı, həm də əbədi bir tarixə qovuşacaqdır.Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə maraqları bir olduğu kimi düşməni də birdir. Zamanla türk dünyasına qarşı xain və cinayətkar əməlləri ilə ad çıxaran ermənilər hər addıma əl atıblar. Məqsəd isə bir millət, iki dövlət olan Azərbaycan və Türkiyəni narahat etmək, bu münasibətlərə xələl gətirib şübhə toxumu əkməkdir. Lakin Türkiyə və Azərbaycan qardaşlığı siyasi hakimiyyətlərin fövqündə dayanır. Bu gün də bu dəstək şanlı qələbəmizdən sonra daha da qırılmaz bağlarla möhkəmləndi.
10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə Türkiyənin olması isə bizim üçün çox önəmli və əhəmiyyətli bir məsələdir. Vətən müharibəsi zamanı bütün dünya Türkiyə Müdafiə Sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Şanlı ordumuzun gücünə güc qatan böyük üstünlüklərimizdən biri oldu. Hazırda işğaldan azad olunan torpaqlarımızda minatəmizləmə işini asanlaşdıran texnikalar Türkiyədən ölkəmizə gətirilmişdir.
Regionun inkişafı üçün fikir və hədəflərimizin eyni olması çox qürurvericidir. Tarix Azərbaycan və Türkiyə qardaşlığını hər gün daha da ayrılmaz edir. Bu qardaşlıq münasibətləri bu gün də hər iki dövlət başçılarının rəhbərliyi altında yüksək səviyyədə davam etməkdə və uğurla inkişaf etməkdədir. Həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib.
Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: "Bir millət iki dövlət, Azərbaycan-Türkiyə”
Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
psixoloqu Günay Həşimova