28 il idi ki, bu elləri bir boran, şaxta bürümüşdü. Bahar fəsli gəlsə də Şuşamda bahar gəlmirdi. Millətimiz öz doğma yurdlarında bayram tonqallarına həsrət qalmışdılar. Bu həsrətə cənab İlham Əliyevin və şücaətli, cəsarətli ordumuzun əzmi son qoydu. Mərdlik, igidlik, qəhrəmanlıq göstərən qoçaqlarımız qələbə alovunu döyüşlərdə yandırdılar. Onların döyüşlərdə yaratdığı alovlar, əvəzsiz döyüş səhnələri sayəsində elimizin bayram tonqalları yenidən Qarabağda, zümrüdgözlü Şuşada quruldu.
Cənab Prezidentimizin dediyi kimi: Xalqımız vahid ideya altında birləşdi. Biz bu milli birliyi həmrəyliyi təmin edə bildik.
Milli şüurumuz,milli birliyimiz get-gedə daha da böyüdü və xalqımız vahid olması üçün bütün güclü ağıllar, bacarıqlar, güclü əzlələr bir məqsədə çalışdı.
Bayram tonqalının Cıdır düzündə alovlanması, düşmən ürəyini yandırdı, gözünü kor qəlbini qara etdi. Novruz Bayramı xalqımızın qədim tarixə malik olan və bu bayrama daxil olan bir çox adət-ənənələri var. Xalqımız öz mənliyinə, milliliyinə sahib çıxdığı kimi bu adət-ənənələri qoruyur və nəsillərə ötürür. Bəli biz əzəli torpaqlarımıza geri döndük. Novruzun çərşənbələrini doğma elimizdən qarşıladıq. Artıq hər il Şuşa da Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edilir. Su torpağa can verir, od qızındırır, yel gözəl bahar ətri gətirir və sonda torpaq dirilərək xarıbülbül yetişdirir və “Sən azadsan Şuşa”! deyir. Elimizin, millətimizin hər bayramı xoş gəlsin və ən əsası illərdi bizə həsrət qalan Şuşam, sənə bayram yaraşır.
Maştağa qəsəbəsi, 209 nömrəli məktəbin
ibtidai-sinif müəllimi Könül Həsənova