Hər bir xalqın özünəməxsus adət-ənənəsi onun hansı soya, hansı kökə məxsus olduğuna bir işarətdir. Uşaqlıqdan sevə-sevə gözlədiyimiz, arzularımızın həyata keçiriləcəyinə ümid bəslədiyimiz bir bayram var – Novruz bayramı. Tanrının bizə bəxş etdiyi bu bayram təbiətin oyanışı, yeni günün başlanğıcı ilə gəlir yurdumuza. İçində azərbaycançılıq ruhunu bəsləyən hər kəs bu bayramın gəlişinə xüsusi olaraq hazırlaşır. Evini, həyət-bacasını təmizləyən kəsin ürəyində bir ümid qığılcımı işıldayır. Gələn Novruz elinə-obasına bol ruzi-bərəkət, əmin- amanlıq gətirəcək. Buna bir an belə şübhə etmir. Novruza qədər qeyd etdiyimiz “Su”, “Od”, “Yel” və nəhayət “Torpaq” çərşənbələri bu yurdun torpağını daha məhsuldar, qəlblərimizi daha isti, ünsiyyətimizi daha sağlam edəcək fikirlərini, istəklərini artırır, bu niyyətlərin sönməsinə imkan vermir. Bir xalq olaraq bu bayramda öz sülhsevərliyimizi “küsülülərin barışması”, yardımsevərliyimizi isə ehtiyacı olanlara dəstək olmaqla göstərə bilmişik. Ən gözəl duyğuları, niyyətləri bu Novruzu qoruyub bu günə qədər saxlamaqla yaşadıb gələcək nəsillərə ötürə bilmişik. Nə qədər ağrı-acı yaşasaq da hər il “Novruz”u gözləyərkən ümidlərimizin, arzularımızın gerçəkləşəcəyi günü, anı gözləmişik. Kimisi kiçik şəxsi arzularıyla, kimisi qayğılarının sona çatacaq günün gəlməsiylə, ümumilikdə, bir xalq olaraq Ümummilli liderimiz Heydər Əliyevin “Gün gələcək ki, bu Novruzu bir il Şuşada, bir il Laçında, bir il Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, ümumən cəmi Qarabağda keçirəcəyik” sözlərinin çin olacağı günü gözləmişik. Arzularımız, doğrudan da, çin olub. Çünki tarixən bu bayramı yaşadıb bu günə qədər gətirən xalqın böyüyü müdrik olub. İnanırıq ki, gəlişi ilə bütün el-obamıza Novruz yeni quruculuq işləri, abadlıq, inkişaf, sərhədlərimizin toxunuzmazlığını gətirəcək. Bir azərbaycanlı olaraq buna inanır və bu inamla da yaşayıram.
Cıdır düzündə sərxoş vəziyyətdə yallı gedən mənfur düşmənlərin çirkab əməllərini, arzularını Milli Ordumuzun igid əsgərləri gözündə qoydu. 28 ildən sonra işğaldan azad olmuş torpaqlarımızda, Cıdır düzündə tonqal başında xalqımıza Novruz arzularını çatdıran Ali Baş Komandanımız Cənab İlham Əliyev, Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyeva öz davranışlarıyla dünyaya mesajlarını çatdırdılar. Bir daha sübut etdilər ki, Azərbaycan xalqına bayramlar yaraşır, bu xalq mədəni və sülhsevər xalqdır. Mən də bu fürsərdən isifadə edərək xalqımızı bu gözəl bayram münasibətilə təbrik edirəm.
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Xoşbəxt İsayeva