Fevralın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri Türkiyənin Gəncədəki Baş Konsulluğu qarşısında yaradılan guşəni ziyarət ediblər, gül dəstələri düzərək zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiramlarını bildiriblər.
İcra başçısı Əhəd Abıyev Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, bütün Daşkəsən rayon ictimaiyyəti adından qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, Konsulluqdakı matəm kitabına başsağlığı qeydi yazıb.
Görüş zamanı icra başçısı Əhəd Abıyev vurğulayıb ki, faciənin fəsadlarının aradan qaldırılması üçün möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan xalqı Türkiyədə zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımıza dəstək olmaq üçün əllərindən gələn bütün köməklikləri əsirgəmirlər, dövlət və hökumətimiz tərəfindən humanitar yardımlarla, fərdi təşəbbüslərlə hər cür dəstək olmağa çalışırlar. Çünki əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu sarsılmazdır.
Sonra daşkəsənlilərin qardaş Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə dəstək kampaniyası çərçivəsində toplanmış humanitar yardımlar könüllülər tərəfindən qablaşdırılaraq Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə 2 TİR yük avtomobilində qardaş Türkiyə dövlətinə generatorlar, elektrik qızdırıcıları, yorğan-döşək dəstləri, isti geyimlər, çarpayılar, çoxsaylı ərzaq məhsulları, gigienik vasitələr və digər zəruri avadanlıqlar göndərilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini