Fevral ayının 2-si Cənab Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannislə görüşdü. Xatırladaq ki, dekabrın 17-si 2022-ci ildə iki ölkənin başçısı Rumıniyanın paytaxtı Buxarestdə görüşmüşdülər. Son ay yarım ərzində dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Xüsusi qeyd etmək lazımdır ki, əvvəlki görüşdə ikitərəfli münasibətlərlə bağlı da fikir mübadiləsi aparılmış və Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlinməsi bildirilmiş və gələn ilin yanvarında bu işə başlanılacağı ifadə edilmişdi.
Bu dəfəki görüşdə Prezident İlham Əliyev Buxarestə etmiş olduğu səfərlə bağlı da xatirələrini bölüşdü və maraqlı məqamlara toxundu: “O, qeyd etdi ki, biz gələcək addımlarımızı geniş şəkildə müzakirə edirik və nümayəndə heyətlərinin üzvləri ilə bunu davam etdirəcəyik. İlham Əliyev eyni zamanda xüsusi vurğuladı ki, biz təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu bizim əməkdaşlığımızda yeni mərhələdir”. Bu görüşlərin bir digər məqsəd və hədəfi iki dost ölkə arasında ticari işbirliyində və digər sahələrdə də müəyyən irəliləyişlərin olmasıdır. Cənab Prezident bu məqama da toxunaraq bildirdi ki : “Məlum istiqamətdə artıq ciddi müzakirələr, məsləhətləşmələr gedir. Heç şübhəsiz ki, Rumıniya Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasındakı münasibətlərin perspektivinə, inkişafına mütləq bir şəkildə öz töhfəsini verəcək”. Bəli doğrudan da Şərqi Avropa bölgəsinin önəmli ölkələrindən olan Rumıniya ilə qısa müddət ərzində 2 görüşün keçirilməsi ölkəmizin bu münasibətlərə nə qədər önəm verdiyini göstərir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
Direktor müavini Asiman Paşayev
[thumb=left][/thumb]