Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyə və Estoniyadan sonra rəsmən tanıyan üçüncü ölkədir. Rumıniyanın 1991-ci il dekabrın 11-də Azərbaycanın müstəqilliyini tanımasından sonra ötən illər ərzində iki ölkə arasındakı ikitərəfli münasibətlər addım-addım inkişaf edərək bu günkü səviyyəyə çatıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti, müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin Rumıniyaya rəsmi səfəriylə münasibətlərin inkişafında yeni mərhələ başlayıb.
Tərəfdaşlığın hələ ilk illərindən bəri ölkələr müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq etməyə başlayıblar. Xüsusilə iqtisadi əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin ana xəttini təşkil etmişdir. 1998-ci il 8-10 sentyabr tarixlərində Tarixi İpək Yolunun bərpası ilə əlaqədar Bakıda keçirilən konfransda digər dövlətlər ilə yanaşı Rumıniya da iştirak edib və həmin konfransda beynəlxalq nəqliyyat haqqında çoxtərəfli Sazişə imza atılıb. 4 iyun 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda iştirak etmək üçün Buxarestdə səfərdə olub və səfər çərçivəsində ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair müzakirələr aparılıb. Azərbaycan və Rumıniya prezidentləri arasında 2 fevral 2023-cü ildə baş tutan işgüzar görüşdə də məhz əməkdaşlıq sferasında yaddaqalan məqamlara toxunuldu.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən prezident İlham Əliyev iki ölkə arasındakı ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etdiyini, dövriyyənin şaxələndirilməsi üçün əlavə addımlar atılacağını və hökumətlərarası komissiyanın Buxarestdə görüş keçirəcəyini vurğuladı.
Həmçinin görüşün diqqətçəkən məqamlarından daha biri hal-hazırda xüsusən Qarabağın yenidən qurulması məsələsində də aktuallıq kəsb edən yaşıl enerji layihələrinin iki ölkə arasındakı əlaqələrdə də özünü göstərməsi idi. Belə ki, prezident İlham Əliyevin yaşıl enerji üzrə birinci Məşvərət Şurasının keçiriləcəyindən bəhs etməsi Azərbaycan-Rumıniya əməkdaşlığının dövrün tələblərinə uyğun müasir reallıqları əks etdirən səmərəli nəticələr verəcəyinə əminlik yaradır.
Vəfa Əliyeva-22 saylı uşaq poliklinikasının baş həkimi