Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinin Avropa Birliyinin fransız missiyasını Ermənistana gətirməsini həm Kremlə, həm də KTMT-ya münasibətdə düşmənçilik davranışı hesab edirlər... "Ölkə.az" musavat.com-a istinadla bildirir ki, Cənubi Qafqazda Rusiya-Fransa savaşı artıq başlayıb, "korlanan material" rolu isə məhz Ermənistanının qismətinə düşüb...
Cənubi Qafqaz uğrunda mübarizə həlledici mərhələyə keçmiş kimi görünür. Hazırda bəzi beynəlxalq güclər bu regiona can atırlar. Əsas hədəf Kremli Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq, sonra isə Rusiyadan boşalan yerə yerləşməkdir. Və bu mübarizənin amansız, güzəştsiz şərtlər altında davam edəcəyini isə artıq indidən iddia etmək mümkündür.
Məsələ ondadır ki, Cənubi Qafqaz olduqca vacib region olaraq, diqqəti çəkir. Bir tərəfdən, bu region Azərbaycanın timsalında zəngin enerji resursları qaynağına sahibdir. Azərbaycan dünyanın neft və təbii qaz bazarlarında artıq önəmli mövqelərə malik olan ölkəyə çevrilib. Və bu baxımdan, həm Azərbaycanla qarşılıqlı münasibətlər, həm də buna paralel olaraq, Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək bəzi beynəlxalq güclər üçün strateji əhəmiyyət daşıyır.
Digər tərəfdən isə Cənubi Qafqaz həm də nəqliyyat logistika qovşağı olması ilə bağlı da cəlbedici məkana çevrilib. Xüsusilə də, Orta Asiya ölkələrinin enerji resurslarının məhz Cənubi Qafqaz üzərindən dünya bazarlarına çıxarılma perspektivi bu regionu diqqət mərkəzinə yerləşdirir. Üstəlik, Avropa və Asiyanı birləşdirməsi, bu iki qitə arasında ticari yükdaşımalar üçün ən sərfəli logistik qovşaq olması, geoiqtisadi potensialı Cənubi Qafqazı sözün əsl mənasında, "nifaq alması"na çevirir.
Ona görə də, indi Fransa da daxil olmaqla, Avropa Birliyi ölkələri bütün mümkün vasitələrlə Cənubi Qafqaza yerləşməyə can atırlar. Ancaq hələlik bu regionda sülhün və sabitliyin bərqərar olması Cənubi Qafqaz uğrunda mübarizə aparan beynəlxalq güclərin maraqlarına qətiyyən cavab vermir. Çünki, bu halda, regionunda geopolitik oyunçu statusu qazanmaq şansları məhdudlaşa bilər. Əksinə, Azərbaycan və Ermənistan arasında davam edən hərbi-siyasi gərginlik regiona müdaxilə imkanlarını artırmış olur.
Nə qədər qəribə də olsa, regional hərbi-siyasi gərginliyin mövcudluğu, Cənubi Qafqazda sülh prosesinin pozulması hətta rəqabət aparan tərəflərin ümumi marağına da çevrilmişdi. Bir tərəfdən, Kreml Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün sülh prosesini pozmağa çalışırdı. Digər tərəfdənsə, geopolitik proseslərin iştirakçısı kimi regiona yerləşməyə çalışan Fransa da gərginliyin qalmasında maraqlı idi. Rusiya "Vardanyan layihəsi", Fransa isə Ermənistanı sülh danışıqları masasından uzaqlaşdırmsqla, uzunmüddətli sabitlik perspektivlərini hələlik arxa plana keçə bilib.
Ancaq bundan sonrakı mərhələdə Rusiya və Fransanın maraqları artıq kəskin şəkildə toqquşmağa başlayıb. Çünki, indi Rusiya regionda öz mövqelərini qoruyub saxlamaq üçün Fransanı bloklamaq məcburiyyətində qalıb. Eyni zamanda, Fransa da Cənubi Qafqaza yalnız Rusiyanın bu regiondan çıxarılacağı təqdirdə, girmək şansı qazana bilər. Halbuki, rəsmi Parisin regional geopolitik məkanda peyda olmaq şansları Azərbaycan tərəfindən də artıq bloklanıb. Yəni, Fransa bundan sonra təkbaşına, daha doğrusu, hansısa "pərdələyici şnelə" bürünmədən regiona girə bilməz.
Təbii ki, belə vəziyyətdə rəsmi Paris yalnız Ermənistanla ənənəvi "bacılıq" münasibətlərinə və Avropa Birliyinin sülh prosesi üzərindən regional manipulyasiya imkanlarına ümid bəsləmək məcburiyyətindədir. Bu səbəbdən də, rəsmi Parisin hər iki istiqamət üzrə fəallaşması o qədər də təəccüb doğurmur. Belə ki, Fransa prezidenti Emmanuel Makron erməni diaspor təmsilçiləri ilə Azərbaycanın Qarabağ regionundakı vəziyyəti və Ermənistanın ərazi bütövlüyünə yönəlik təhlükələri müzakirə edib.
Əlbəttə ki, prezident Emmanuel Makronun bu davranışı Azərbaycanın əleyhinə yönəlmiş fəaliyyətdir. Çünki rəsmi Paris Ermənistana ürək-dirək verməklə, Paşinyan hakimiyyətinin sülh danışıqları masasına geri dönməsini əngəlləyir. Eyni zamanda, Azərbaycanın Qarabağ regionu ilə bağlı müzakirə də məhz siyasi-hüquqi məzmun daşıyan pozuculuq davranışıdır.
Çünki, Qarabağ regionu beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu bölgədə baş verənlərin nə Fransaya, nə Ermənistana, nə də hər hansı xarici erməni təşkilatına heç aidiyyəti olmayıb, yalnız Azərbaycanın daxili işidir. Ona görə də, prezident Emmanuel Makronun bu davranışları Azərbaycanın daxili işlərinə qarışması deməkdir. Və bu davranışlar rəsmi Bakının Fransaya yönəlik mövqeyini daha da sərtləşdirməsi üçün tamamilə yetərlidir.
eliyev-misel-makron-pashinyan.jpg (47 KB)Təbii ki, bu reallığı rəsmi Paris də anlayır. Fransa rəsmi dairələri Azərbaycanın qoyduğu bloku aşmağın mümkün olmayacağına artıq əmindirlər. Ona görə də, məhz Avropa Birliyi üzərindən yola çıxmağa cəhd göstərirlər. Belə ki, Fransanın qurduğu siyasi avantüralara uyğun olaraq, Avropa Birliyi Ermənistana yenidən mülki missiya göndərmək niyyətindədir. Bu dəfə mülki missiya 100 nəfərdən ibarət olmaqla, iki il müddətinə nəzərdə tutulub. Halbuki, Fransa və Ermənistanın planına əsasən, daha sonra onların sayının 400 nəfərə, orta perspektivdə isə 2000 nəfərə çatdırılması nəzərdə tutulur. Yəni, rəsmi İrəvan mütləq əksəriyyəti fransız olacağı şübhə doğurmayan 2000 avropalının sayəsində Ermənistan üçün təhlükəsizlik sistemi qura biləcəyinə ümid bəsləyir.
Təbii ki, bu, növbəti fransız-erməni fırıldağından başqa bir şey deyil. Böyük ehtimalla həm Fransa, həm də Ermənistana gələcək fransızları öz "şneli" altında gizlədən Avropa Birliyi də bu missiyanın regional sülh prosesinə heç fayda verməyəcəyini əvvəlcədən bilirlər. Hətta onların heç belə bir niyyətinin olmadığını da düşünmək olar. Rəsmi Bakının reaksiyası da Azərbaycanın Avropa Birliyinin mülki missiyasına güvənmədiyini biruzə verir.
Məsələ ondadır ki, Azərbaycan XİN bəyan edib ki, Avropa Birliyinin Ermənistana göndərəcəyi uzunmüddətli mülki missiya iki ölkə arasında normallaşma, o cümlədən, sərhədlərin delimitasiyası prosesinə, mane olmaq üçün istifadə edilməməlidir. Missiyanın Ermənistanda yerləşdirilməsi zamanı Azərbaycanın qanuni maraqlarının nəzərə alınması təmin olunmalıdır. Missiyanın işi qarşılıqlı etibara xələl gətirməməlidir.
Göründüyü kimi, rəsmi Bakı bu missiyanın neqativ təsirləri ön plana çıxara biləcəyindən narahatdır. Üstəlik, missiyasının fəaliyyətini diqqətlə izləmək niyyətində olduğunu birmənalı şəkildə biruzə verir. Yəni, rəsmi Bakı Avropa Birliyinin fransız missiyasına "Ermənistana yerləşib, Cənubi Qafqazdakı geopolitik düzəni pozmağa cəhd göstərə bilməyəcəksiniz" mesajını çatdırır.
Məsələ ondadır ki, rəsmi Bakı fəaliyyəti sona çatmış missiyadan örnək gətirməklə, Azərbaycanın hər şeyi gördüyünü qabardır: "İlk qısamüddətli missiyanın fəaliyyəti Praqa razılaşmaları ilə ciddi ziddiyyətlərlə müşayiət olunub. Avropa Birliyi missiyasının varlığından sui-istifadə hazırkı dialoq mexanizmləri üçün təhlükəlidir və buna yol verilməməlidir".
Belə anlaşılır ki, rəsmi Bakı Avropa Birliyinin fransız missiyasına xəbərdarlıq mesajını elə əvvəlcədən etməyi vacib hesab edib. Böyük ehtimalla Azərbaycan Fransaya "Avropa Birliyi şneli" altında yeni Minsk Qrupu uydurmağa imkan vermək niyyətində deyil. Hətta dolayısı ilə bu missiyanı ciddiyə almağa hazırlaşmadığını da eyham vurur. Yəni rəsmi Bakı regional sülh prosesində fransız missiyasını tanımayacağını qətiyyən gizlətmir.
Bütün bunları nəzərə aldıqda, Avropa Birliyinin fransız missiyası indi Azərbaycanın deyil, daha çox Rusiyanın probleminə çevrilə bilər. Kremldə artıq bu məsələyə ciddi yanaşmağa başlayıblar. Rusiya siyasi dairələri hesab edirlər ki, bu missiya birtərəfli razılığa bağlı olduğundan hüquqi xarakter daşımır, müsbət nəticə verə bilməz. Onların fikrincə, bu missiya rəsmi Parisin maraqlarına xidmət etməklə yanaşı, yalnız Fransa-Ermənistan münasibətləri üzərində qurulub.
Kremlə yaxın siyasi dairələr eyham vururlar ki, Paşinyan hakimiyyətinin günahı ucbatından delimitasiya prosesi olmayıb, Ermənistan sərhədləri hələ rəsmiləşməyib, qeyri-müəyyən xarakter daşıyır. Rəsmi İrəvan belə vəziyyətdə bu missiyasını Ermənistana yerləşdirməklə, Fransa və Avropa Birliyinin dəstəyi ilə özü üçün sərfəli hərbi-siyasi mövqelər qazanmağa çalışır. Və bu, Ermənistanın həm Rusiyaya, həm də KTMT-ya münasibətdə düşmən davranışı sayıla bilər.
Göründüyü kimi, rəsmi İrəvanın Ermənistana Avropa Birliyinin fransız missiyasını gətirməsi Rusiyada ciddi qıcıqla qarşılanır. Ona görə də, hesab etmək olar ki, Cənubi Qafqazda Rusiya-Fransa savaşı artıq başlayıb. Böyük ehtimalla bu savaşda əsas "korlanan material" rolunu məhz Ermənistanın qismətinə düşən bilər. Bu baxımdan, Ermənistanı böyük təhlükənin gözlədiyi qətiyyən şübhə doğurmur.