Azərbaycan xalqı tarix boyu cəsur,qorxmaz və müstəqilliyi uğrunda düşmənləri ilə canları bahasına mübarizə aparan xalq olmuşdur. Tarixə nəzər salsaq neçə -neçə qəhrəmanları ,sərkərdələti milli bütövlüyümüz,daxili və xarici müstəqilliyimiz üçün cəsarətlə mübarizə apardıqlarını görürük. Dövlətimiz siyasi, iqtisadi, coğrafi baxımdan əlverişli ərazidə yerləşdiyindən və dəyərli sərvətlərə malik olduğundan əsrlər boyu sərhəd qonşularımızın gözü bizim üzərimizdə olmuşdur. Amma bizim azad ruhlu Tomrislərimiz, Babəklərimiz var ki, belə şəxsiyyətlərin adını saymaqla bitməz.
lX əsrdə vahid Azərbaycan uğrunda mübarizə aparan əfsanəvi qəhrəman Babək deyirdi: “Bu dünyada bircə gün azad yaşamaq, 40 il boyunduruq altında sürünməkdən daha üstündür.”
Beləliklə,milli kimliyimizi bir daha “20 Yanvar” hadisələrində göstərdik. İnsanlar xəbərsiz,əliyalın olaraq ölkənin müdafiəsinə qalxdılar. Əlimizdə müqavimət göstərmək üçün silahımız olmasa da ,azadlığımız uğrunda mübarizə apara bilmək üçün canımızı sipər edə biləcək ürəyə sahib idik. Düzdür ki, həmin gecə qanlı matəmə çevrildi. Həmin gün mənfur düşmənimiz Sovet ordusunun törətmədiyi faciə qalmadı. Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, təcili yardım maşınları, şəxsi evlər ,avtomobillər, dövlət əmlakları yandırıldı. İnsanlar xəbərsiz olsun deyənə rabitə xətti, televiziya bloku partladıldı. Fövqəlhadə halın 20-si elan olunmasına baxmayaraq qoşunlar artıq 19-dan şəhərə yerləşdirilmişdi. Sovet ordusu Azərbaycanın müstəqilliyini heç cür qəbul edə bilmir və amansız faciə törədirdi. Sovet ordusunun neçə hərbi donanması Bakıya yerləşdirildi. Bütün bunlar əvəs yerə deyildi. Buna baxmayaraq xalqımızın əzmini,gücünü qıra bilmədilər.
Həmin gün sanki şəhərdə qərənfil yağışı baş vermişdi.Hər bir ailədə göz yaşı,itki görə bilirdik,sadəcə bir söz xalqımızı ayaqda tutur və daha güclü edirdi. “Vətən sağ olsun.” Torpaq qan ilə qarışdıqda Vətən olur. Biz bir daha özümüzü mübarizəkar, öz haqqını tələb edən millət olaraq dünyaya sübut etmişdik. 20 Yanvar şəhidləri öz qanları ilə növbəti şanlı səhifəmizi tarixə həkk etmişdir. Şəhidlərimiz öz qanları ilə müstəqillik səhifəmizi yazmışdılar.
Ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələr zamanı hər zaman ,ən başdan öz etirazlarını bildirmiş və 20 Yanvar hadisələrinə siyasi qiymət verilsin deyənə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.
Ümummilli liderimiz Heydər Əliyevdən sonra onun güclü, əvəzolunmaz siyasətini yeridən Ali baş komandanımız cənab İlham Əliyevin dediyi kimi «dəmir yumruq” olduq onun səbri, iradəsi,siyasəti və ordumuzun yenilməz gücü ilə 30 illik ayrılığa son qoyduq. Tariximizi bilmək və gələcək nəsillərə ötürmək borcumuzdur. Ən azından bu qəhrəmanlığı ötürmək və informasiya mübarizəsində də həmişəki kimi qalib olmalıyıq.
Maştağa qəsəbəsi, 209 nömrəli məktəbin
ibtidai-sinif müəllimi Könül Həsənova