1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı olan Bakının tarixinə qanla yazıldı. Ovaxtkı Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olan Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin qoşun hissələrini şəhərə yeridib, dinc əhalinin üzərinə ağır texnikalar və müxtəlif tipli silahlar yönəldib, qəddarlıqla qətlə yetirdilər. Lakin bu tarix təkcə qara hərflərlə deyil, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur.Qanlı Yanvar hadisələrində ümumilikdə Respublikada 147 nəfər qətlə yetirilmiş,744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, şəxsi və dövlət əmlakı məhv edilmişdir.
Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri 19 yanvar saat 21:00 tarixindən Türkan-Qala istiqamətindən şəhərə daxil oldular.”Bakı əməliyyatı”na rəhbərlik edən SSRİ müdafiə naziri Dmitri Yazovun və digərlərinin həyata keçirdikləri əməliyyat zamanı Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən belə şəhərə desantlar çıxarılmışdır.
Qanlı Yanvar hadisəsi milli azadlıq hərəkatını siyasi reallığa çevirdi, dönməz xarakter alıb xalqın öz gələcəyini müstəqil Azərbaycana götürmüşdür. “20Yanvar” əməlinə etiraz edən, qanlı faciəyə ilk siyasi-hüquqi qiymətini verən Azərbaycan xalqının başına gətirilən Ümummilli Lider Heydər Əliyev oldu. Ulu Öndər rus ordusunun Bakıya yerildilməsini kəskin şəkildə tənqid edərək, onlardan rəsmi açıqlama tələb etdi. Öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək faciə təşkilatçılarınıdünya ictimaiyyəti qarşısında ittiham etdi. Ulu Öndər cəsarətli bəyanat verərək Moskvanı və respublika rəhbərlərinin yol verdikləri siyasi səhvlərini ifşa etdi.
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə 21 noyabr 1990-cı il tarixli qərarla ilk siyasi qiymət vermişdir.Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Fərmanı imzalandı.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla tad olunur, gəmilərdən,avtomobillərdən və qatardan səs siqnalları verilir, hüzb əlaməti olaraq dövlət bayraqları endirilir.
Bakıxanov qəsəbəsi, 213 Nömrəli məktəb-liseyin
direktoru Səbinə Əliyeva