20 Yanvar faciəsi SSRİ siyasi sisteminin böhranını və M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi.
20 Yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq bundan sonra “Mərkəz” ilə yolunun bir olmayacağına, keçmişə qayıdışın mümkünsüzlüyünə bir daha əmin oldu, hakimiyyətə etimad bəsləmədi və gələcək həyatını qəti olaraq dövlət müstəqilliyində gördü. Əbəs yerə deyildir ki, 1990-cı il noyabrın 17-də ağsaqqal deputat kimi Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının qərarına əsasən Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadələri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq qəbul edildi. Sessiya Azərbaycan SSR Ali Sovetinə müraciət edərək “Sovet Sosialist” ifadələrindən imtina etməyi, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etməyi təklif etdi. Naxçıvanda sovet sistemindən imtina olunması geniş əks-səda doğurdu. Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu.
Dövlətimiz və millətimiz 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutur. Yanvar şəhidləri 1918-ci ilin mart soyqırımı qurbanlarının dəfn edildiyi yerdə torpağa tapşırılıb. İlk dəfə məhz Ulu Öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olduğu dövrdə "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" hazırlanan və qəbul edilən qərar layihəsində qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət verilib, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilib və onların adlarının bir-bir açıqlanaraq məsuliyyətə cəlb edilmələri tələb olunub.
Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Anım günündə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə mərasimlər, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır.
Babayeva Xədicə, 112 saylı tam orta məktəbin direktoru