Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın cari sosial-iqtisadi və siyasi-hərbi uğurları, bu sahələrdə həyata keçirilən işlər, qarşıda duran vəzifələr, eləcə də enerji təhlükəsizliyi, regional və qlobal geosiyasi vəziyyət barədə fikirlərini bildirib, həm ölkə, həm də dünya ictimaiyyəti üçün çox dəyərli təhlillər aparıb. Müsahibəni dinləyən hər bir kəs dünyada baş verən proseslərin hansı istiqamətdə getdiyini, Azərbaycanın bu narahat geosiyasi şəraitdə necə sabit mövqe tutduğunu, yeni dünya düzəni ərəfəsində milli maraqların müdafiə olunmasının son dərəcə əhəmiyyətliliyini dərk etmiş olur, xüsusilə də, Azərbaycanın Ermənistanla münasibətlərinə dair konkret mövqeyinin və ölkəmizin əldə etdiyi parlaq Zəfərin ləkələnməsinə çalışan qüvvələrin məkirli oyunlarının ifşasının şahidi olur. Bu və digər amilləri nəzərə alaraq bir daha qeyd etmək olar ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi 2023-cü ilin ilk mühüm tarixi-siyasi hadisəsi oldu.
Prezident İlham Əliyevin Laçın-Xankəndi yolunda ekoloji tələblərlə dinc aksiya keçirən gənclərə təşəkkürünü bildirməsi, onlarla fəxr etdiyini deməsi isə bütün Azərbaycan gəncliyi üçün bir mükafat oldu. İstər 44 günlük Vətən müharibəsində şəhid, qazi, veteran olmuş, istərsə də bu gün Laçın-Xankəndi yolunda Azərbaycanın milli maraqlarının müdafiəsi naminə dinc aksiya keçirən gənclər Prezident İlham Əliyev idarəçiliyi dövrünün yetirmələridir. Onlar Prezident İlham Əliyevin hakimiyyəti dövrünün təhsilini, tərbiyəsini alıblar, vətənpərvər böyüyüblər. Heç şübhəsiz ki, bu gənclik Prezident İlham Əliyevin Azərbaycanın güclənməsi, milli maraqlarının qorunması və təmin olunması sahəsində misilsiz xidmətlərini əxz etməklə, şüuraltına toplamaqla bu gün onun reallığa çevrilməsinə səbəb olurlar. Təsadüfi də deyil ki, onun idarəçiliyi dövrünün yetirmələri olan vətənpərvər gəncliyə təşəkkürünü bildirən Lider onlarla fəxr etdiyini dilə gətirir. Bu isə artıq dövlətçilik tariximizin yeni şanlı səhifələrini təşkil edir.
Son iki ildə Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən bütün görüşlərdə Ermənistan 10 Noyabr Bəyanatına sadiqliyini təsdiq etsə də, tələblərin yerinə yetirilməsi üzrə əməli addımlar atılmır. Üçtərəfli bəyannamələrə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə qarşıdakı dövrdə Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Hazırda Ermənistanı tərk edənlərin sayı sürətlə artmaqda davam edir. Görülən bütün tədbirlərə baxmayaraq, bu ölkədə əhalinin sayı sürətlə azalır, xaricə köçənlər durmadan artır.
Vüqar Muradov-YAP Saunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi