Ekoloqların Şuşanın ayağındakı aksiyası "bir neçə günlük həvəs" çıxmadı. Bəziləri bunu iddia edirdi və düşünürdülər ki, rəsmi Bakı Qarabağda erməni-rus ortaqlığı ilə baş tutan QARƏTƏ diqqət ayırmaqla, diqqətləri cəlb etməklə yetinəcək...
Amma indi isə görünəni odur ki, vəziyyət və hədəf tamam fərqlidir. Ekoloqların aksiyası, bu proses sayəsində Azərbaycan çox mühüm bir mərhələyə yetişib. Birinci məsələ ondan ibarətdir ki, artıq olay beynəlxalq diqqət mərkəzindədir. Burada açıq şəkildə qeyd edə bilərik ki, hansısa antiAzərbaycan mediasının və yaxud da siyasət adamının baş verənləri əleyhimizə çevirmə cəhdləri istənilən halda uğursuz olacaq. Çünki iş məsələnin məhz beynəlxalq güclərin sayəsində çözümünə gəldikdə o zaman məsələyə təqdim olunan şəkildə yox, var olan şəkildə yanaşılacaq. Var olan mənzərə isə Azərbaycanın əleyhinə yox, Azərbaycanın maraqlarının müdafiəsini BEYNƏLXALQ İŞƏ çevirən bir görüntüdür.
Yəni Rusiyanın Ukraynada buynuzlayan və buna milyardları sel kimi axıdan Qərb və hətta bu yola Ukraynanı xarabalığa belə çevirməyi gözə almış Qərb Azərbaycanda və Azərbaycanın timsalında bütöv Cənubi Qafqazda rusların nazı ilə oynamaq fikrində deyil, ola da bilməz. Ermənilərin XAÇI Qərb üçün nə qədər doğma olsa da, ruslara ortaqlıqları o qədər də itələyəcidir Qərb üçün...
Yəni Azərbaycan artıq məsələnin beynəlxalq səviyyədə diqqət qazanmasına nail olub. Azərbaycan eyni zamanda Qarabağın hələ də nəzarətinə ala bilmədiyi hissəsinə nüfuq etməyə də başlayıb... özü də bir güllə belə atmadan...
Azərbaycan ekoloqların aksiyası ilə həm də mühüm bir faktoru beynəlxalq aləmə təqdim edə bilib. Söhbət Azərbaycanın QARABAĞ NAMİNƏ məhz RUSİYA İLƏ çəkişməsindən və bu faktın ictimailəşməsindən, afişə olunmasından gedir.
Bu baxımdan Şuşanın ayağındakı aksiyanı uğurlu hesab etmək olar.
Nə zaman bitəcək?
Təbii ki, bu məsələ sırf prinsip məsələsidir... Azərbaycan tərəfi Volkovun (Rusiyanın) dilindən Qarabağdakı sərvətləri ilə bağlı RƏSMİ TƏMİNAT ALANA qədər bu aksiyalar davam edəcək. Çünki bu hasidə təkcə Qarabağdakı sərvətlərimizin TALAN EDİLMƏSİ deyil... həm də bu talan nəticəsində əldə olunan vəsaitin Azərbaycan əleyhinə xərclənməsidir...
Ona görə də Şuşanın ayağında SONA QƏDƏR AYAQDA DURMALIYIQ...
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru