Qərblə Rusiya arasında toqquşma artıq Ermənistana keçib, lakin hələ ki qaynar fazaya keçməyib.
"Bunu "News.am"a politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, hazırda müşahidə olunan proseslər hər şeyi qaynar fazaya gətirə bilər, belə risklər çox yüksəkdir.
“Cənubi Qafqazda vəziyyət gərginləşərsə, bu, Ermənistan-Azərbaycan müharibəsi deyil, Türkiyə, İran və Rusiyanın iştirakı ilə Ermənistanın varlığına son qoya biləcək müharibə olacaq”- o qeyd edib.
Danielyan izah edib ki, Qarabağ ətrafında ciddi geosiyasi proseslər gedir, Türkiyə, Rusiya və İran burada öz həyati maraqlarını güdürlər. Britaniya kapitalının fəal iştirakı ilə Qərb də regionda öz maraqlarını fəal şəkildə təbliğ edir.
“Ermənistan yaranmış vəziyyətdən istifadə edib ciddi geosiyasi quruma çevrilməklə çəkisini artıra bilərdi, lakin indiki hakimiyyətlə belə bir şey gözləmək mənasızdır”, - ekspert qeyd edib.
O xatırladıb ki, Paşinyanın Moskva səfərindən əvvəl İrəvan rəsmi olaraq heç bir sənədin imzalanmayacağını bəyan edib, baxmayaraq ki, yekunda 30 bəndlik bəyanat imzalanıb.
“Bu sənəd çox güman ki, Rusiya tərəfi tərəfindən hazırlanıb və imzalanmağa məcbur edilib. Rusiya göstərmək istəyir ki, Cənubi Qafqazdakı məsələləri özü həll edir, hər şeyi özünə uyğun olan şəkildə həll edəcək. Bundan əvvəl Qərb sürətlənmiş templə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına, İrəvanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa və problemi tamamilə həll etməyə məcbur etməyə çalışırdı. Növbəti addım ermənilərin Qarabağdan çıxarılması idi. Ancaq hər dəfə sülh müqaviləsi müzakirə olunanda Rusiya bəyan edirdi ki, bu, uzun prosesdir və Qarabağ məsələsi gələcəkdə həll olunmalıdır. Yəni bu məsələdə Rusiya və Qərb əks gündəmlərlə çıxış edirlər", - ekspert vurğulayıb.
Ekpsertin fikrincə, Ermənistan və Rusiyanın birgə bəyanatı o deməkdir ki, bütün bu proseslər Moskvanın nəzarəti altında gedəcək: "Kremlə yaxın ekspertlər bir neçə dəfə Rusiyanın "artsax"ı və Cənubi Qafqazı tərk etməyəcəyini bəyan ediblər ki, bu da onların maraqlarının məntiqinə uyğundur".
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinə gəldikdə isə o deyib ki, Moskva ilə Qərb arasında ziddiyyətlər yaranıb: "Moskva bu prosesin təşəbbüskarı, həm də vasitəçisi olacaq, eyni zamanda Ermənistan və Azərbaycanla işləyəcək hərbi ekspertləri cəlb edəcək. Başqa sözlə, vasitəçi bu prosesdə siyasi və hərbi mövcudluğu təmin edəcək” - Danielyan vurğulayıb.
Ekspert hesab edir ki, Rusiya həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini nəzarətdə saxlamağa çalışır və bunu xüsusi nümayəndələrin ilk görüşünün Moskvada baş tutması sübut edir.
“Ankara Rusiyanın bu mövqeyini nəzərdə tutaraq üçüncü tərəflərin iştirakı olmadan başqa yerlərdə növbəti görüşlər keçirmə istəkləri səsləndirdi. Ankara addımlarını Bakı ilə koordinasiya edəcəklərini bəyan edərək öz gündəminə keçməyə çalışır. Yəni Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi Azərbaycanın maraqlarını uyğun şəkildə həyata keçirilir”, - deyə o, yekunlaşdırıb.