-
Prezident İlham Əliyevin bildirdiyi kimi təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün Azərbaycanda tələb olunan bütün amillər – siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat, infrastruktur mövcuddur.
Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması isə Xəzər dənizinin şərq sahillərindən yüklərin Azərbaycan ərazisindən nəql edilməsinə görə yeni tankerlər, bərələr və yük gəmiləri baxımdan potensialını artırır
Orta Dəhlizin bir sıra önəmli üstünlükləri var. İlk növbədə, onu qeyd edək ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. 2022-ci ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımalarının həcminin 6 dəfəyədək artacağı gözlənilir.
Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu bildirib ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb, odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır.
Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi perspektivi var. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək.
107 nömrəli məktəbin kitabxana müdiri Əliyeva Nübar