“Orada monopoliya, inhisarçılıq yaranır, qiymətlər şişirdilir”
Bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır. Keçən ilin sonunda ciddi addımlar atılmışdır. Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılmışdır. Bu, çox ciddi bir addımdır. Koordinasiya Şurasında nəqliyyatla bağlı olan bütün qurumlar birləşir.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində bildirib.
Prezident qeyd edib ki, vahid taarif siyasəti aparılır və aparılmalıdır.
“Eyni zamanda, Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu məsələlər müzakirə edildi. Azərbaycan təklif etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhliz üçün vahid taarif siyasəti aparsınlar. Bütün müvafiq qurumlar bir siyasət aparsınlar ki, bu dəhliz daha da cəlbedici olsun.
Çünki əgər biz sadəcə olaraq burada taarif siyasətində güzəştlər etsək, qonşu ölkələr etməsə bunun səmərəsi olmayacaq. Eyni zamanda, potensial yükgöndərənlərlə də çox ciddi danışıqlar aparılmışdır. Mənim keçən ilin sonunda Çinə dövlət səfərim çərçivəsində bu məsələlər geniş şəkildə müzakirə edilmişdir və artıq Çindən Azərbaycana bu dəhliz ilə birinci konteyner qatarı da göndərilmişdir.
Əminəm ki, biz gələcəkdə bu dəhlizin daha da böyük həcmdə işləməsinə nail olacağıq. Çünki ən qısa yol Azərbaycan ərazisindən keçən yoldur. İnfrastruktur var, bunu biz yaratmışıq. Həm dəmir yolu, həm dəniz nəqliyyatı, yeni ticarət limanı tikilir, onun bir hissəsi artıq istifadəyə verilib. Eyni zamanda, ictimaiyyət yaxşı bilir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində Türkiyənin böyük tır maşınlarının Orta Asiyaya, Qazaxıstana çıxışı çətinləşdi.
Azərbaycan dərhal öz imkanlarını ortaya qoydu, güzəştlər edildi və bu gün bu istiqamətdə də dəhliz işləyir. Biz buna daha da hazır olmalıyıq və Xəzər sahilinin şərqində yerləşən infrastruktur da əlbəttə ki, buna daha hazır olmalıdır. Ancaq bu, bizim üçün yeni imkanlar yaradır”, - deyə, dövlət başçısı bildirib.
İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan tranzit potensialından istənilən səviyyədə istifadə etmir:
“Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat qurumlarının, - Xəzər gəmiçiliyi, dəmir yolu, liman, - hərəsi öz korporativ maraqlarını güdür, ortada isə Azərbaycan maraqları zərər görür. Buna yol vermək olmaz. Burada da tam şəffaflıq olmalıdır.
Gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq. Yəni, bir daha demək istəyirəm ki, son vaxtlar sürətli inkişafımız bəzi hallarda bu məsələlərə diqqətimizi azaltmışdır. Çünki biz neftdən gələn gəlirləri çalışırdıq ki, tezliklə lazım olan sahələrə yönəldək.
Dövlət bütün yükü öz üzərinə götürmüşdür. Ona görə, bəzi dövlət qurumları, şirkətlər passiv fəaliyyət aparırdılar, təşəbbüs göstərmirdilər. Hər ilin sonunda daha çox sifariş edirdilər ki, mənə filan qədər vəsait ayırın, mən burada yol tikəcəyəm, bunu tikəcəyəm, onu tikəcəyəm. Birincisi, tikinti ilə bağlı. Burada da yeni qaydalar tətbiq edilməlidir.
Açıq tenderlər elan olunmalıdır. Tenderlərdə qalib gələn şirkətlər bu və ya digər layihəni icra etməlidir. Çünki bizdə adət olub, dəmir yolu çəkilir, gərək bunu dəmir yolu idarəsi tiksin. Nəyə görə? Orada monopoliya, inhisarçılıq yaranır, qiymətlər şişirdilir. Açıq tender elan olunmalıdır. Mən artıq göstəriş vermişəm. Yerli şirkətlərə üstünlük verilməlidir, xarici şirkətlər iştirak etmək istəyirlərsə onlar da iştirak etsinlər. Kim daha ucuz qiymətə daha keyfiyyətli tikərsə tiksin”.
İlham Əliyev həmçinin “Azərsu”nun fəaliyyətinə toxunub:
“Bizdə su xətlərini “Azərsu” çəkir. Birincisi, o qədər böyük layihələri icra etmək üçün onlarda texniki imkan yoxdur. Burada da müxtəlif şirkətlər cəlb edilməlidir. Belə olan halda biz bunu daha da ucuz qiymətə, daha böyük səmərə ilə şəffaf, açıq şəkildə icra edəcəyik. Həmçinin yolların tikintisi. Bizim bir qurumumuz var ki, yollar tikir. Açıq olmalıdır, bizdə indi kimin imkanı, texnikası, təcrübəsi var, yerli, xarici şirkətlər iştirak etsinlər. Burada şəffaflıq tam təmin olunmalıdır. Xahiş edirəm, hökumət buna çox ciddi nəzarət etsin”.
Prezident həmçinin vurğulayıb ki, bu il Bakı-Astara dəmir yolunun qalan hissəsi tikilməlidir.
“Orada qalan hissə 8 kilometrdir. Bu il bu, tikilməlidir. İran ilə artıq danışıqlar aparılıb və bu yolun əhəmiyyəti çox böyükdür. Bu, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək. Beləliklə, Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək. Ona görə, bir daha demək istəyirəm, ən azı bu il o qalan 8 kilometr yol tezliklə tikilməlidir və burada bütün müvafiq qurumlarla koordinasiya işləri də aparılmalıdır”, - deyə, Azərbaycan dövlətinin başçısı bəyan edib.