“Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi, yaxın və orta perspektivdə Cənubi Qafqaz, türk coğrafiyasının gələcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevirilib. Azərbaycanın qələbə çaldığı 44 günlük Vətən müharibəsi erməni işğalına son qoymaqla yalnız ölkəmizin ərazi bütövlüyünü deyil, Cənubi Qafqaz regionunun da gerçəkdən bütövlüyünə qovuşa bilməsinə yeni imkan açdı. Cənubi Qafqaz xarici güclərin və böyük dövlətin təsiri ilə faktiki olaraq fraqmentləşib və təsir dairələrinə bölünüb. Bu vəziyyət isə yalnız böyük dövlətlərin maraqlarına xidmət emtəklə bölgədə rifahı, sabitliyi xarici amillər və mühitin təsirindən tam asılı vəziyyətə salmışdı. Ermənistanın işğalçı siyasəti, onun millətçi, şovinist dövlət siyasəti və ideologiyası bütövlükdə bölgə üçün böyük risklər yaradırdı. Azərbaycanın Qarabağ münaqişəsinin həllinə nail olması, Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Azərbaycan-Gürcüstan-Ermənistan arasında üçtərəfli dialoq və müzakirələr formatının formalaşması üçün real zəminlər yaradıb. Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla həm də regionun tarixində yeni bir səhifə açdı. Ermənistana hər dəfəsində iflasa aparan millətçi, şovinist-faşist ideologiyasının əsarətindən qurtarmaq üçün tarixi fürsət verdi. Azərbaycan qalib ölkə kimi dünya tarixində nadir nümunələrədn biri kimi məğlub olmuş, kapitulyasiya aktı imzalamış Ermənistana qeyd-şərtsiz, yalnız ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından əl çəkilməsi ilə əlaqədar hüquqi öhdəlik götürülməsi müqabilində münasibətlərin normallaşdırılmasını təklif etdi. Azərbaycan Zəngəzur dəhlizinin açılması, Ermənistanın nəqliyyat blokadasından çıxmasını təklif edir, bu isə öz növbəsində İrəvanın İranın və Rusiyanın əzici təsirini azaltmağa imkan verir. Azərbaycanın sülh gündəliyi Ermənistanın itirilmiş suverenliyini bərpa etməyə yol açır”.
Bunu “Ölkə.Az”a açıqlamasında politoloq Zaur İbrahimli deyib.
Politoloq bildirib ki, Azərbaycanın qələbəsinin yaratdığı yeni geosiyasi reallıqlar türk dövlətlərinin inteqrasiyasına yeni siyasi və ideoloji zəminlər yaratdı: “Prezident İlham Əliyevin səyləri Turan birliyi ideyasını yeni keyfiyyətdə canlandırdı. Azərbaycanın təşəbbüsləri ilə Türkiyə ilə strateji müttəfiqlik formatında əməkdaşlıq türk dövlətləri üçün bir model və format kimi nümunə oldu. Azərbaycan-Türkiyənin hərbi əməkdaşlığı özünün potensialını 44 günülük Vətən müharibəsində nümayiş etdirərək, türk dövlətlərinin mümkün hərbi əməkdaşlığının perspektivini işıqlandırdı. Məhz İkinci Qarabağ müharibəsində Azərbaycan-Türkiyə ittifaqının misilsiz hərbi uğurları, müasir döyüş taktikası, türk dövlətlərinin inteqrasiya səylərində qətiyyətli olmasına zəminlər yaratdı”.
Onun fikrincə, Azərbaycanın qələbəsinin yaratdığı yeni reallıq Cənubi Qafqaz regionunda Rusiya və İranın bölgə ölkələrinin onların təhlükəsizliyində rolunu yenidən dəyərləndirməyə vadar etdi, ABŞ və Avropanın Xəzər dənizi hövzəsi regionunun strateji əhəmiyyətini qiymətləndirməyə səbəb oldu: “Prezident İlham Əliyevin uğurlu xarici siyasət təşəbbüsləri həm ölkəmizin qələbəsi üçün etibarlı bünövrə yaranmasına, həm də postmüharibə dövründə Azərbaycanın strateji dəyərinin artmasına vəsilə oldu”.
Politoloq onu da vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində yalnız Ermənistana yox, son üçyüzillik əsarət, işğalçılıq siyasətinə qalib gəldi: “Azərbaycan xalqı son 300 ildə onu parçalayan, zəiflətməyə, tarixin keşməkeşlərində yox etməyə çalışan indi qiyafəsini dəyişən, mahiyyəti isə eyni qalan imperiyalara qalib gəldi.
Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev bəyan etdiyi kimi , “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.
Azərbaycan ərazi bütövlüyü və tarixi ədalətlə yanaşı, milli qürur və milli ləyaqətin də bərpasına müvəffəq olmaqla şərəfli tarix yazdı. Azərbaycan xalqı şanlı keçmişə və parlaq gələcəyə, mübarizə ruhuna, sarsılmaz həmrəyliyə malik olduğunu və müzəffər xalq kimi gələcəyə addımladığını nümayiş etdirdi. Azərbaycanın möhtəşəm tarixi qələbəsinin təmin olunmasına dost ölkələr də mənəvi-siyasi dəstək göstərməklə öz töhfələrini verdilər”.