Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyev regionun gələcəyi üçün son dərəcə ciddi məqamlara toxundu. Prezident İlham Əliyev vurğuladı ki, iqtisadi inkişaf üçün sabitlik şərtidir. Qafqazda yeni formatda əməkdaşlıq üçün, ilk növbədə, dövlətlərin sərhədində və daxilində sabitlik olmalıdır. Bu gün regionda yaranan yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Üçtərəfli əməkdaşlıq formatları regional sabitliyə misilsiz töhfədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi yeni reallıqlar yaratmaqla yanaşı, həm də bu Cənubi Qafqaz regionunun tarixində yeni bir səhifə və imkanlar açdı. Təbii ki, bu imkanlardan yararlanmaq üçün Ermənistanın işğalçı siyasətinə son qoyaraq, beynəlxalq əməkdaşlığa qoşulması vacibdir. Əks halda, bu ölkə bundan sonra da bütün regional layihələrdən kənarda qalacaq.
Azərbaycan hər zaman bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub. Tarixi Qələbəmizlə bitən müharibədən ötən 7 ayda Azərbaycan dövləti göstərdi ki, ölkəmiz ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan tərəfi hər zaman buna mane olmağa çalışıb, Azərbaycan isə Ermənistanla münaqişənin uzun müddət ərzində danışıqlar, sülh yolu ilə həllində maraqlı olub. Lakin Ermənistan işğalçılıq mövqeyində qalaraq 30 il ərzində tutduğu səhv yoldan çəkilmədi və bu səbəbdən də Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu. Bir sözlə, Ermənistanın işğalçılıq siyasəti bu ölkə üçün əks effekt verərək onu dalana çevirdi. Nəticə isə göz önündədir. Azərbaycan qalib ölkə olaraq gələcəyə baxır, regionda yeni kommunikasiyaların açılması üçün bir sıra layihələrin üzərində iş aparılır. Bu da real faktordur ki, bu gün Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Belə ki, tikilib istifadəyə verilmiş yeni qaz kəmərləri Azərbaycan qazını dünya və Avropa bazarlarına çıxarır, regionda daha irimiqyaslı layihələri reallaşdırmağa imkan verir. Bir sözlə, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir. Ermənistan isə ötən 30 ildə olduğu kimi, yenə də bütün regional əməkdaşlıqlardan kənarda qalmaqdadır və bundan sonra bu əməkdaşlıqdan kənarda qalmaq istəmirsə, o zaman Azərbaycanla sülh müqaviləsi imzalayıb qarşılıqlı əlaqələri dəyərləndirə bilər.
Bayramova Həqiqət, 75 saylı orta məktəbin direktoru