Bzejinskinin “Avrasiyanın Balkanları” kimi dəyərləndirdiyi Cənubi Qafqaz 20-ci əsrin sonlarından etibarən region və dünya gücü olmaq istəyən dövlətlərin mübarizə meydanı olmuşdur. Qara dəniz və Xəzər dənizi arasında yerləşən bu bölgə cənub-şimal, qərb-şərq enerji və nəqliyyat xətlərinin kəsişməsi və Xəzər hövzəsi enerji mənbələrinə sahib olması baxımından böyük əhəmiyyət kəsb etməkdədir.
Cənubi Qafqaz Asya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir və bu xüsusiyyəti Sovet İttifaqının dağılmasından sonra yeni siyasi, təhlükəsizlik və iqtisadi motivlər ilə zənginləşmişdir.
1990-cı illərdən sonra sadəcə bölgə dövlətləri deyil, qitədən kənar böyük dövlətlər də Cənubi Qafqazda geosiyasi mübarizənin aktyorları olmuşdur. Təsadüfi deyil ki, ötən əsrin sonlarından Cənubi Qafqazda başlayan Qarabağ münaqişəsi milli münaqişə zəminində ən dərin problemlərdən biri idi. Regionda söz sahibi olmaq istəyən dövlətlər isə Azərbaycanın mürəkkəb siyasi vəziyyətindən istifadə edərək bu problemi daha da alovlandırırdılar. Siyasi güclər yaxşı başa düşürdü ki, Sovet ittifaqının dağılmasından sonra Cənubi Qafqazda ən güclü söz sahibi ola biləcək dövlət Azərbaycan olacaqdır. Məhz bunun nəticəsidir ki, Azərbaycana qarşı mənfi ictimai siyasi rəy formalaşdırılır və Qarabağ probleminin Azərbaycanın əleyhinə nəticələnməsinə çalışırdılar.
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının həmişə tərkib hissəsi olmuşdur. Ona görə də ermənilər, “ənənələrinə” sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün ilk addım olaraq onlar SSRİ rəhbərliyinin vasitəsilə qarşılarında ən qüdrətli maneə olan Ümummilli Lider Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasına nail oldular. Bundan az sonra, əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunk” (Durna) açıq işə keçdi, “Miatsum” (Birləşmə) hərəkatı formalaşdırıldı.
1988-ci ildən isə Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayan münaqişə Azərbaycanın 20% ərazisinin – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə nəticələndi. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanmasına baxmayaraq sülh yönümlü danışıqlar heç bir nəticə vermədi və münaqişənin yenidən alovlanmasına səbəb oldu. Dəfələrlə aparılan danışıqlar heç bir nəticə vermədi. Ermənistanın otuz il ərzində təcavüzkar siyasəti özünü müxtəlif aspektlərdə göstərirdi. Yeni ərazi iddiaları, Şuşanın “Qondarma Respublikanın” paytaxtına çevrilməsi iddiası dövlətimizin səbrini daşıran son damlalar oldu.
Bu illər ərzində Ermənistan Azərbaycanın hərbi siyası gücünü düzgün qiymətləndirməyi bacarmadı. Azərbaycanın möhtəşəm iqtisadi yüksəlişi bizi zəfərə yüksəltdi. Bu zəfər, bu möhtəşəmlik isə Azərbaycanın xilaskarı Heydər Əliyev və onun yolunu davam etdirən İlham Əliyevin siyasi bacarığı və diplomatiyasının nəticəsi idi.
Hər bir xalq tarixi keçmişinin ağrılı-acılı və eyni zamanda, sevincli-fərəhli illərinin hesabatını aparır. Bu hesabat tarixdən dərs almaq və keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmaq üçün lazımdır. Bu gün Azərbaycan da tarixin hesabatını verir. Bu hesabat artıq bizim Zəfər hesabatıdır. Zamanın sevincli, qürurlu günlərini yaşayırıq. Ancaq son 220 ilin ağrılı-acılı illərini unutsaq tariximiz təkrarlanacaq. Qısaca olsa da, son 220 ilin xronikasına nəzər yetirsək indiyədək nələri itirdiyimizi xatırlayar, nələri qaytarmağın vacibliyini dərk edərik. Son 200 illik ağrılı-acılı tariximizi müəyyən mərhələlərə bölmək olar. 2020-ci il isə yeni tariximizin yeni mərhələsidir: – Qalib mərhələ. Qalib mərhələnin Qalıb sərkərdəsi isə Ali Baş Komandan cənab İlham Əliyevdir. Bu zəfər bizim təkcə hərbi sahədə deyil, iqtisadi, siyasi, ən önəmlisi isə milli birlik sahəsində uğurumuzdur.
Sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-həmlə 44 gündə Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı, 1993-cü ildən bəri icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə yeni əlavələr etməklə yanaşı, 30 ilə yaxın dövrün reallıqlarına, ölkələr arasında münasibətlərə bir daha işıq saldı. Dövlətimizin başçısı cənab İlham Əliyevin bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda keçirilən müzakirələrdə çıxışı zamanı qeyd etdiyi «Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur» fikirləri Azərbaycanın dəyişməz mövqeyini, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurduğunu və inkişaf etdirdiyini bir daha nümayiş etdirir. «Biz indi gələcəyə baxmalıyıq» söyləyən cənab İlham Əliyev bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.
Bu inam ifadə edilir ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.
Ayşən Bəşirova,
Salyan rayon Yenikənd kənd tam orta məktəbin tarix müəllimi