DAŞKƏSƏN ŞƏHİDİ NİHAD VERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB

DAŞKƏSƏN ŞƏHİDİ NİHAD VERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB Sentyabrın 16-da Gəncə Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər 2003-cü il təvəllüdlü Verdiyev Nihad Nicat oğlunun nəşi torpağa tapşırılıb.
Keçirilən vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, QMİ-nin Qazilər şurasının üzvü, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Dəfn mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
- Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq ermənilərin qarşısını yüksək peşəkarlıqla almışdır və sərhədboyu ərazilər ordumuzun tam nəzarətindədir.
Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alan zaman neçə-neçə əsgər və zabitlərimiz müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Onlardan biri də Daşkəsən rayon Qaraqullar kənd sakini şəhid əsgərimiz Verdiyev Nihad Nicat oğludur.
Nihad Verdiyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda Laçın rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərək şəhid olmuşdur. Şəhid Nihad Verdiyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Allah Şəhidimizə rəhmət eləsin! Şəhidimizin ailəsinə və yaxınlarına bütün Daşkəsən rayon ictimaiyyəti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, şəhid olmuş bütün hərbi qulluqçularımızın ruhu qarşısında baş əyirik. Bir daha bütün şəhidlərimizə Allah rəhmət eləsin.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Əhəd Abıyev şəhidin atası Nicat Verdiyevə təqdim edib.
Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər