Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyi sisteminin yaradılması prosesinin fəal iştirakçılarından və təşəbbüsçülərindən biri olması beynəlxalq aləmdə də etiraf olunur. Ölkəmizin bu sahədə real imkanları onun xarici siyasətdə qazandığı uğurlara təkan verir, onu daha da dəyərləndirir. Respublikamızın enerji baxımından əhəmiyyəti həyat tərzimizi, təsisatlarımızı qoruya bilən müstəqil xarici siyasət həyata keçirməyə imkan verir və bununla da dövlət başçımızın öz məqsədlərini həyata keçirmək hüququnun aliliyini təmin edir. Bununla bərabər, Azərbaycanın enerji siyasəti dəyər motivasiyalarını da ehtiva edir.
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Enerji təhlükəsizliyini Avropa İttifaqı baxımından qiymətləndirdiyimiz zaman, enerjinin Avropa və beynəlxalq bazarlara sərbəst və fasiləsiz, tələb olunan miqdarda etibarlı və müxtəlif təchizatçılardan və əlverişli qiymətlərlə nəql edilməsidir. Bundan əlavə, təmiz enerji mənbələrinə çıxış, enerjidən istifadədə yüksək səmərəliliyin təmin edilməsi, enerjidən istifadədə mənbələrin şaxələndirilməsi, daxili enerji istehsal imkanlarının araşdırılması və bütün bunlarla əlaqəli ətraf mühitin qorunması enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün böyük strateji əhəmiyyətə malikdir.
Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni-yeni nəqliyyat əlaqələrini təmin etməklə regionda böyük güc mərkəzinə çevrilmişdir. Təbii ki, bütün bunların başlıca səbəbi Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun şərəfli tariximizə çevrilən 44 günlük Vətən müharibəsində əldə etdiyi əsrarəngiz Zəfər və bu səbəblə regionda yaranan reallıqlardır.
Ulduz Həsənova, 21 nömrəli şəhər poliklinikasının baş həkimi