AZƏRBAYCANIN QLOBAL TİCARƏTDƏ ROLU ARTIR

AZƏRBAYCANIN QLOBAL TİCARƏTDƏ ROLU ARTIR Dünyanın aparıcı ölkələri qəbul edilən siyasi qərarlara görə iqtisadi maraqlarından vaz keçirlər.Bir ölkənin iqtisadi həyatında baş verən yavaşlama vəya geriləmə istər istəməz digər ölkələrə də təsir edir. Müstəqil siyasət yeridən Azərbaycan isə özünün iqtisadi bağlarıni, əlaqələrini gücləndirməyə, qlobal bazarda rolunu artırmağa davam edir. Çünki Ukraynadakı müharibə dünya ticarətinin formasını dəyişib.Ölkələr ənənəvi qaydalardan imtina etməyə başlayıb.
Azərbaycan-Litva biznes forumunda iştirak edən Prezident İlham Əliyev bildirib ki, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanıbdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir-deyə dövlət başçısı qeyd edib.
Prezidentin sözlərinə görə ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Xüsusilə biz indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq. Əlbəttə ki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir. Çünki biz başa düşürük ki, şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün bizim planlar yerinə yetirilməyəcəkdir. Bizim iqtisadiyyat 7,2 faiz artmışdır. Pandemiyadan sonrakı dövrü düşünsək, bu, çox yaxşı rəqəmdir. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, hansı ki, burada artım 11,4 faizdir. Bizim ixrac potensialımız artır, həm beynəlxalq bazarlara qaz ixracının artmasına, həm də qeyri-enerji sahəsində islahatlara görə. Bu il ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Mən düşünürəm ki, bu, ölkənin dayanıqlı inkişafını göstərir. Çünki enerji potensialı təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir. Eyni zamanda, qeyri-enerji sahəsində artım da iqtisadiyyatımızda islahat aparmaq üçün hökumətimizin istəyini və bacarığını nümayiş etdirir.
Prezident həmçinin bildirib ki, nəqliyyat sektorunda əməkdaşlıq məsələləri də müzakirə edilib.
Dövlət başçısının sözlərinə görə açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Azərbaycanın rolu mütləq şəkildə artacaq.
Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir.Bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir.Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.
Dövlət başçısı Avropa İttifaqı ilə aparılan danışıqlara da münasibət bildirib.Biz yeni sazişlə bağlı aparılan danışıqların son mərhələsindəyik deyib..
Bu sazişin imzalanması ilə birlikdə Azərbaycanın rolu və əhəmiyyəti daha da artacaq.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər