Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün zəngin mənbədir. İllər keçdikcə baş verən hadisələr daha düzgün təhlil olunur, bugünümüz və gələcəyimiz üçün hansı rola malik olduğu açıqlanır. Bir mühüm məqamı da nəzərə alsaq ki, tarixdə şəxsiyyətlərin rolu böyükdür, bu halda Azərbaycanın hazırkı inkişaf mərhələsinə qədər keçdiyi inkişaf yolunun təhlili əsasında dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərinin miqyasının nə qədər böyük olduğunu, zamana sığmadığını böyük inam və fəxrlə deyə bilərik.
1990-cı ildə Azərbaycan olduqca mürəkkəb vəziyyətdə idi. Sovetlər Birliyinin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Həmin illərdə həm Muxtar Respublikanın, həm də Azərbaycanın bu günü üçün mühüm tarixi qərarlar qəbul edilmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonrakı dövrlərdə Ümummilli Lider bu mühüm hadisəni belə xarakterizə etmişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, Naxçıvan illərində gördüyü işlərin təməlində dövlətə, xalqa bağlılıq, sevgi dayanır. Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Liderin hakimiyyətinin birinci dövründə həyata keçirdiyi silsilə tədbirlərə, atdığı addımlara diqqət yetirmək kifayətdir. Dahi şəxsiyyət “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə həm Vətənə, xalqa sevgisini, azərbaycanlı olduğu üçün qürur hissi keçirdiyini nümayiş etdirir, həm də harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, ən əsası tariximizi öyrənməyə və inkişaf etdirməyə çağırışlar edirdi. Xalqın milli məfkurə və təfəkkürünü inkişaf etdirməklə ən böyük azərbaycanlı olduğunu sübuta yetirən, başqa ölkələrdə məskunlaşan soydaşlarımızı təşkilatlandıran, Azərbaycanın qarşısında geniş imkanlar açan Ulu Öndər bir daha təsdiqlədi ki, mənalı həyatını xalqına həsr etmiş tarixi şəxsiyyətdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışı Azərbaycanın elə bir dövrünə təsadüf etdi ki, ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Bu reallıq hər zaman vurğulanır ki, Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkünsüz idi. Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizin əbədiliyini, dönməzliyini təmin etdi, inkişaf, tərəqqi yoluna çıxardı. Azərbaycanın dövlətçilik tarixində 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu öndər Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da qətiyyət , cəsarət, müstəqil siyasət və düşünülmüş addımlardır.
Son 19 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları, təşəbbüsləri, biri-birindən əhəmiyyətli qərarları ilə Azərbaycana daha möhtəşəm qələbələr qazandırır. Azərbaycana hansı sahədən baxsaq təkmil təcrübəni və bunun nəticəsi olaraq dayanıqlı inkişafı görürük. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdı. Qalib Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır.