Daşkəsən rayonunda fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib

Daşkəsən rayonunda fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib Daşkəsən rayonunda əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər həyata keçirir.
Sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və rayon Polis şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə Daşkəsən şəhərində fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti monitorinq keçirilib.
Şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkarlar aşkarlanmayıb.
Monitorinq iştirakçıları qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyi tövsiyyə edib. Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Qurumdan həmçinin mütəmadi olaraq bu cür monitorinqlərin davam etdiriləcəyi bildirilib.


 Daşkəsən rayonunda fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib Daşkəsən rayonunda fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib

Oxşar xəbərlər