Aprelin 29-da Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir Əmirvar kənd H.Qasımov adına tam orta məktəbdə keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin əməkdaşları, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan RPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri olduğunu və respublikamızda, o cümlədən Daşkəsən rayonunda narkomaniyanın qarşısının alınması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirib. S.Əfəndiyev həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev isə narkomaniyaya qarşı mübarizənin daha faydalı olması üçün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında valideynlərin, müəllimlərin, eləcə də ziyalıların yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edərək, təşkil olunan tədbirə görə Daşkəsən RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Görüşdə narkotiklərin törətdiyi fəsadlarla bağlı videoçarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini