Respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı əhalini ərzaq və qida məhsulları ilə təmin edir

Respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı əhalini ərzaq və qida məhsulları ilə təmin edir Qarabağ Azərbaycanın tarixi, əzəli, əbədi və ayrılmaz tərkib hissəsidir. 2020-ci il 27 sentyabrdan 9 noyabra kimi davam etmiş döyüşlərdə Ali Baş Komandanımızın başçılığı altında müzəffər ordumuzun göstərdiyi rəşadət ilə Qarabağ və ətraf rayonlar işğaldan azad edilmişdir. Həmin ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərhal yenidənqurma, ərazinin mühafizəsi və qorunması üçün öz tapşırıqlarını vermişdir.
Bu torpaqların 30 ilə yaxın müddətdə işğal altında olduğuna görə istifadəsiz qalması, işğalçı “vandallar” tərəfindən qeyri-düzgün istifadəsi, çirkləndirilməsi, strukturuinun dağıdılması səbəbindən demək olar ki, yararsız hala düşmüş, kənd təsərrüfatı dövriyyəsində birbaşa istifadəsi mümkünsüz olmuşdur. Hazırda bu torpaqların əsas hissəsi işğaldan azad edilmişdir və qarşıda duran ən vacib problemlərdən biri həmin torpaqların bərpası və maksimum səmərəli istifadə edilməsindən ibarətdir. İşğaldan azad olmuş ərazilərimizdə kənd təsərrüfatının inkişaf istiqamətlərini düzgün müəyyən etmək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadənin səmərəliliyini təmin etmək üçün torpaq örtüyünün xüsusiyyətlərini və onun kənd təsərrüfatına yararlılıq səviyyəsini nəzərə almaq olduqca vacibdir.
Respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı əhalini ərzaq və qida məhsulları ilə təmin edir. Ərzaq təhlükəsizliyi məsələsinin bu sahə ilə əlaqədar olduğunu nəzərə alsaq, diqqətin ona ildən-ilə artırılması təsadüfi deyildir.
Avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında bildirmişdir ki, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var və dövlət maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə edilməsi üçün bütün mümkün imkanları yaradır. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir.
Ona görə bu amili nəzərə alsaq və azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq.
Ermənistan işğal altında saxladığı ərazilərin çox cüzi bir hissəsindən istifadə edib. Deməli həmin torpaqların xeyli hissəsinin kənd təsərrüfatı dövriyyəsinə qatmaq üçün əlavə vəsait tələb olunacaq. Həmin ərazilərin ənənəvi təsərrüfatçılıq təcrübəsindən çıxış etməklə demək olar ki, Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün yetərincə imkanlar mövcuddur. Eyni zamanda, burada kənd təsərrüfatı məhsullarının emalı və ərzaq sənayesinin inkişaf etdirməkdən ötrü də həm potensial, həm də ənənə var. Aqrar sahənin inkişafında fermer təsrrüfatlarının, kooperativlərin və aqroparkların, eləcə də kənd təsərrüfatı məhsullarının emalından son məhsul alınanadək bütün mərhələləri əhatə edəh klasterlərin yaradılmasına üstünlük verilməsi daha məqsədəmüvafiqdir. Aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlətin maliyyə yardımı ilə təmin edilməli və kənd təsərrüfatında bazar prinsiplərinə əsaslanan sığorta sistemi təşkil edilməlidir.
Qarabağ regionunun gözəl iqlim şəraiti, eləcədə bulaqları, çayları, dağları və səfalı təbiətinin olması burada yaradılacaq turizm potensialı haqqında danışmağa əsas verir. Həmçinin faydalı qazıntı və mineral sularla zəngin olması gələcəkdə bu sahədə iqtisadi subyektlərin fəaliyyətinə, eləcə də əldə olunan xammalın həm daxili həm də xarici bazarlara çıxarılmasına imkan yaradacaqdır. Bu proseslər istər region, istərsə də Azərbaycan Republikasında ümumdaxili məhsul və rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir. Digər tərəfdən də həyata keçirələcək hava, avtomobil, dəmir yolu və boru xətləri Qarabağ regionunu daha da strateji əhəmiyyətli edəcəkdir.
Aqrar sahənin iqtisadiyyatı növbəti illərdə də prioritet olaraq qalacaq və kənd təsərrüfatında islahatlar daha da dərinləşəcəkdir. Bu sahədə qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilir və yetiriləcəkdir. Təbii ki, bütün bunlarla yanaşı, əsas strateji vəzifə işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatını bərpa edərək ümumi kənd təsərrüfatı sisteminə inteqrasiyanı təmin etməkdir!

Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Günəş Babazadə


Oxşar xəbərlər