DAŞKƏSƏNDƏ MƏİŞƏT ZORAKILIĞINA HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB

DAŞKƏSƏNDƏ MƏİŞƏT ZORAKILIĞINA HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB İyul 7-də Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi və Daşkəsən Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı təlim keçirilib.

Tədbirdə RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, rayon Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və gənclər iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2030-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.3-cü bəndinə əsasən təşkil olunan təlimi Elxan Hüseynzadə giriş sözü ilə açıb. Elxan Hüseynzadə çıxışında Daşkəsən rayonunda məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verib

RİHBA-nın YYÇİHMK-nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş proseduralar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı təqdimatla çıxış edib.

Təlim zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb və məişət zorakılığı halları ilə mübarizə sahəsində maarifləndirmə işləri aparmaq məqsədilə RİH tərəfindən çap edilmiş buklet və kitabçalar görüş iştirakçılarına paylanıb.



Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

Humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ MƏİŞƏT ZORAKILIĞINA HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİBDAŞKƏSƏNDƏ MƏİŞƏT ZORAKILIĞINA HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİBDAŞKƏSƏNDƏ MƏİŞƏT ZORAKILIĞINA HƏSR OLUNMUŞ TƏLİM KEÇİRİLİB

Oxşar xəbərlər