Daşkəsənin ümumtəhsil məktəblərində narkomaniyaya qarşı aparılan təbliğat xarakterli tədbirlər davam etdirilir.
İyunun 10-da Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan növbəti görüşdə Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev, məktəbin direktoru Sevil Ələsgərova, müəllim və şagirdlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən RPŞ-nin rəisi Seymur Əfəndiyev əsrin bəlası olan narkomaniyaya qarşı maarifləndirici tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib, natkotiklərin zərələri barədə geniş məlumat verib. Seymur Əfəndiyev: ”Məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətlə yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır,” – deyə vurğulayıb.
Digər çıxış edənlər də sağlam gənclik naminə bu cür görüşlərin vacibliyini, narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən biri kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını qeyd ediblər.
Tədbirdə məktəblilərə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda narkomaniyanın insanlara verdiyi zərərlərdən bəhs edən film nümayiş etdirilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini