Sabunçu rayonunda uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə yeni layihəyə start verilir

Sabunçu rayonunda uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə yeni layihəyə start verilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası“ndan irəli gələn öhdəliklərin icrasına dair həyata keçirilən tədbirlərin davamı olaraq, eləcə də Qaydanın icrasının səmərəliliyinin artırılması, aidiyyəti qurumların birgə fəaliyyətinin uğurlu formada təşkili məqsədilə uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icma səviyyəsində görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Respublikanın bütün bölgələrini əhatə edəcək maarifləndirici görüşlərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə qeyd olunan istiqamətlərdə əhali arasında mövcud problemlərin dinlənilməsi və müvafiq köməkliyin göstərilməsi planlaşdırılır.
Layihə çərçivəsində ilk görüş 08.04.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə rayonun Maştağa qəsəbəsində keçirildi. Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, Gəncə Regional Qadın Mərkəzinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Məleykə Əlizadə, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə profilaktiki işin təşkili şöbəsinin böyük inspektoru, polis-polkovnik leytenantı Asif Məlikov, qəsəbədə yerləşən təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə sədri və valideynlər iştirak edirdilər.
Mövzu ətrafında fikir mübadiləsi aparılan görüşdə valideynlərin sosial və məişət problemləri dinlənildi, qaldırılan məsələlər müzakirə edildi.
Qeyd edək ki, layihə çərçivəsində Sabunçu rayonunun digər qəsəbələrində də silsilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.


Sabunçu rayonunda uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə yeni layihəyə start verilirSabunçu rayonunda uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə yeni layihəyə start verilirSabunçu rayonunda uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə yeni layihəyə start verilirSabunçu rayonunda uşaq nikahlarının və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə yeni layihəyə start verilir

Oxşar xəbərlər