IX Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir.
Forumda Prezident İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Ölkə başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.
Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu: “Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər”.
Qlobal Bakı Formunun işə başlaması artıq Azərbaycanın Beynəlxalq arenada öz sözünü daha ciddi şəkildə və daha aydın ifadə etməsinin bariz nümunəsidir və Cənab İlham Əliyevin bu forumda çıxışı bir daha onu göstərir ki, Azərbaycan həm Avropa da, həm də Asiya da təhlükəsizlik məsələlərinin həllində daha strateji mövqeyə sahibdir. Həmçinin çıxışında bildirib ki, dünyanı təhlükəsiz bir yer etmək üçün bir-birimizlə vəhdət şəklində çalışmalıyıq.
Qloballaşan dünyada təhlükəsizlik məsələlərinin göz önünə çıxarılması cəmiyyətin təhlükəsiz şəraitdə yaşaması, insanların rifahının yüksəldilməsi göz önündə durur. Bu da hər bir dövlətin mühüm vəzifəsidir ki, insanların rahatlığını, təhlükəsiz yaşamı təmin etmək üçün bütün dünya bu yolda müxtəlif işlər görürlər. Həmçinin də Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün illər boyu bizim yaralı yerimiz olan Qarabağ probleminin həlli üçün bir sıra addımlar atıb. Bundan əlavə çıxış zamanı Ermənistanın təcavüzkar siyasətindən, otuz ilə yaxın müddətdə 20 faiz torpaqlarımızı işğal altında saxlamasından, bu ərazilərimizdə törətdikləri vəhşiliklərdən bəhs olunduğunu önə çəkərək builki Forumda ölkəmizin sülh təklifindən, regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün görüləcək tədbirlərdən və sair kimi məsələlərdən bəhs etdi. Bu da onu göstərir ki, Azərbaycanda vətəndaşların həddindən artıq rifahının təmini üçün bir çox işlər görülür.
Qlobal Bakı Forumunu fərqləndirən ən önəmli cəhətlərdən biri də dünyanı ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və əlbəttə ki, yeni yanaşmalara üstünlük verilməsidir.
Sabunçu rayonu, 198 №-li tam orta məktəbin
müəllimi Nərminə Şirinova