
Bəyanatın əsas yekunu münaqişənin tarixə qovuşması ilə yanaşı, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların mexanizmi formalaşdı. Görüşün nəticəsi olaraq Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlaması və bununla əlaqədar işçi qrupunun yaradılması qərara alındı. Bu görüşdə Azərbaycan rəhbərliyi qarşı tərəfə 5 maddədən ibarət sülh təklifi irəli sürdü. Bəyanatda yer alan əsas məsələlərdən biri tərəflərin sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasıdır. Əsas məsələlərdən biri də sərhədlərin delimitasiya prosesinə başlanılması barədə əldə olunan razılıq idi. Bundan əlavə, əldə olunan razılaşmalar arasında nəqliyyat və kommunikasiyaların, həmçinin dəmiryolları və avtomobil yollarının açılmasının əhəmiyyəti qeyd edilib. Dövlət başçısının Belçika Krallığına işgüzar səfərindən əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng vuraraq aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdir.
Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini diqqət çatdırmışdır. Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
tarix müəllimi Nəzrin Quliyeva