Bu gün Azərbaycanın dünya miqyasında qazandığı imic onu bir çox bəşəri missiyaları yerinə yetirməyə mükəlləf etmişdir. Əgər bu gün biz öz missiyamızı bir xalq olaraq doğrultmasaq, heç şübhəsiz ki,gələcək nəsillər bunu bizə bağışlamayacaq, necə deyərlər, biz deməsək,t arix deyəcək...
Son onilliklərdə Azərbaycan özünü müstəqil dövlət kimi təsdiq edə bildi. İldən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident cənab İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi iqlim yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir.
Bu baxımdan bir sıra mötəbər tədbirlərin respublikamızın müxtəlif şəhərlərində keçirilməsi ölkəmizə, onun artan siyasi nüfuzuna olan inamın göstəricisidir. Hələ 2013-cü ildən Bakıda toplaşmağa başlayan Qlobal Forum günümüzdə gerçək doktrinanın formalaşmasında mühüm vəsilə olmuşdur. İlk dəfə Cənubi Qafqaz Forumu kimi təqdim olunan bu toplantı sonralar Bakı forumu kimi səsləndirilmişdir. Nizami Gəncəvi Geynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum siyasi, iqtisadi və mənəvi sahələrdə bir çox dəyərləri çözələyən mötəbər bir arenaya çevrilmişdir.
Forumun keçirildiyi tarixlərə nəzər etdikdə istər onun reqlamentinin,istərsə də qəbul edilən qərarların aktuallığının dinamik templə inkişaf etdiyini görürük.
Bu günlərdə yüksək coşqu ilə keçirilmiş IX Qlobal Bakı Forumunda dünyanın 50-yə yaxın ölkəsinin nümayəndəsinin yer tutması hər şeydən öncə Azərbaycana olan beynəlxalq diqqətin artdığını bir fakt kimi ortaya qoyur.Əgər ilk forumlar zamanı bir qədər regional problemlərin araşdırılması səylərini görürdüksə, bu forumda artıq qlobal problemlərin miqyasının artdığını müşahidə edirik.
Planetimizdə son illərdə baş verən proseslər getdikcə daha çox qloballaşma tələb edən bir siyasət tələb edir. Bu gün yer kürəsinin hər hansı bir tərəfində baş verən siyasi,iqtisadi,ekoloji və s.hadisə dünyanın tamam başqa bir tərəfində ciddi akt kimi təqib edilə bilir.
Digər tərəfdən, zəfərlə bitirdiyimiz Vətən müharibəsindən sonra ölkəmizin və onun siyasi liderinin beynəlxalq müstəvidə qazandığı yüksək mövqe digər aspektlərdə olduğu kimi bu forum kontekstində də qlobal yanaşmanın dairəsini genişləndirməyi zəruri edə bilmişdi. Bunu cənab prezidentin çıxışından aydın izləmək mümkündür:
“ Yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.”
Beləliklə, ölkə rəhbəri əsas diqqətin məhz təhlükəsizlik məsələlərinə yönəldilməsinin zəruriliyini vurğulayır. Əlbəttə,biz regional müşkülləri də nəzərdən qaçırmırıq. Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində işləri davam etdiririk, həmişə olduğu kimi, Qafqazda əməkdaşlıq mühitinin, işgüzar qonşuluq atmosferinin yaradılmasına çalışırıq. Forumda cənab prezidentin Cənubi Qafqazın üç ölkəsi arasında müxtəlif parametrlərdə üçtərəfli danışıqlara başlamaq təklifi regionun siyasiləri, politiloqları tərəfindən təqdir edilməkdədir. Bu danışıqlar üçün ən vacib amil isə iqtisadi platformadır. Nəzərdə tutulan nəqliyyat marşrutları və magistrallar daha çox önəm veriləsi məsələlərdəndir.
Böyük siyasətçilər dəfələrlə dünyanı bölüşdürmüşlər, lakin zaman keçdikcə durum fərqli görkəm almışdır. 1648-ci ildə Vestfal razılaşması iləAvropada qərarlaşmış status-kvoya Napoleon Bonapart son qoymuşdu.1815-ci il Vyana konqresinin təklif etdiyi status-kvonu isə dahi Bismark alt-üst etdi.Və...vəziyyət xeyli dəyişdi. Bu gün Cənubi Qafqazda da vəziyyət xeyli dəyişmişdir. Ermənistan Azərbaycanın diqtə etdiyi şərtlərə boyun əyməyə məcburdur. Təkcə siyasi deyil, həm də iqtisadi şərtlərə. Çünki bunsuz özünün mövcudluğu şübhəli olacaqdır.
Sabunçu rayonu, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev