DAŞKƏSƏNDƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏSİRLƏRİNİN MƏZARLIĞI ZİYARƏT OLUNUB

DAŞKƏSƏNDƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏSİRLƏRİNİN MƏZARLIĞI ZİYARƏT OLUNUB Daşkəsəndə yerləşən İkinci Dünya müharibəsi əsirlərinin məzarlığı Macarıstanın Bakıdakı Səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə diplomatı Mihay Qruber tərəfindən ziyarət edilib. Mihay Qruberi Daşkəsən RİHB-nin müavini Namiq Süleymanov qarşılayıb. Namiq Süleymanov Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevin adından salamlarını çatdırdıqdan sonra qonağa məlumat verib ki, İkinci Dünya müharibəsi dövründə Sovet qoşunları tərəfindən tutulan və Azərbaycan SSR ərazisində olan Üçüncü Reyxin keçmiş hərbi qulluqçularının bir hissəsi Daşkəsən rayonuna da gətirilərək burada əsasən mədən və dəmir yol tikintisi sahəsində işlədiliblər. Ölmüş əsirlər üçün ayrıca məzarlıq da salınıb.

Daşkəsən RİH-nin məsul işçisi Elmar Əliyev Mihay Qruberə bildirib ki, məzarlıqda 3 macar əsilli əsir döyüşçü uyuyur: piyada Schmidt Janos Janos 1907 (Tormas) - 1946.09.11 (Daşkəsən); artilleriya kolon daşıyıcısı Kleinhansz Jozsef Janos 1912 (Qanna) - 1947.03.01 (Daşkəsən); piyada Teller Janos Antal 1908 (Somogysamson) - 1947.05.30 (Daşkəsən).

Mihay Qruber məzarlığın abad olmasından razı qalaraq ərazinin qorunub saxlanmasına görə təşəkkürün ifadə edib. O həmçinin vurğulayıb ki, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların da Macarıstanda olan məzarlıqları eyni səviyyədə qorunur. Xarici diplomat həmçinin Macarıstan-Azərbaycan dostluq əlaqələrinin yüksək səviyyədə davam etdiyini diqqətə çatdırıb.

Sonra məzarlıqda yerləşən abidəyə gül qoyulub.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏSİRLƏRİNİN MƏZARLIĞI ZİYARƏT OLUNUBDAŞKƏSƏNDƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏSİRLƏRİNİN MƏZARLIĞI ZİYARƏT OLUNUBDAŞKƏSƏNDƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏSİRLƏRİNİN MƏZARLIĞI ZİYARƏT OLUNUBDAŞKƏSƏNDƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏSİRLƏRİNİN MƏZARLIĞI ZİYARƏT OLUNUB

Oxşar xəbərlər