"Əsas şərtləri qalib tərəf olaraq Azərbaycan diktə edir. Məsələlərə isə Ermənistanın özü çevik reaksiyalar vermir, çünki kimin ağzından nə çıxacağını gözləyir".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Ermənistan iqtidarı hazırda daha çox daxili auditoriyaya oynayır:
"İndiki vəziyyətdə Ermənistan Rusiyadan tamamilə üz çevirmək müstəqilliyinə və şansına malik deyil. Eyni zamanda, Qərbin də ölkədə ciddi təsir mexanizmləri mövcuddur, ən çox da hakimiyyətdə təmsil olunan qərbmeyilli idarəçilər vasitəsilə. Rusiya isə ciddi cəhdlə dominantlığını əlindən verməməkdə israrlı görünür. Ermənistan digər tərəfdən də zaman qazanmaqla mövcud beynəlxalq düzənin dəyişəcəyini və buna uyğun addımlar atacağını gözləyir. 2023-cü ildə Türkiyədə keçiriləcək seçkilər də daxil olmaqla...
Ermənistan hər zamanki destruktiv xətt yürütməkdə davam edir. Sülh danışıqlarını ATƏT-in Minsk qrupu çərçivəsində aparmaq istəyir. Bu ölü qurumu isə yenidən diriltmək mümkün deyil. ATƏT-in Minsk Qrupu münaqişə ilə bağlı illər ərzində əməli addımlar atmadı, bunu əyani olaraq bilirik, amma bizim məsələmizdən kənar məsələlərlə bağlı da həmsədr dövlətlər faktiki olaraq müharibə vəziyyətindədirlər. Digər məsələlərlə bağlı uzlaşma etmək baxımından masa arxasına otura bilmirlər, hələ o ki qaldı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı. Prioritet bizim region olmasa da, hər halda qəti olaraq ikinci dərəcəli məsələ də deyil. Bu baxımdandır ki, Azərbaycanın regionda olan gücünü nəzərə alaraq tərəflər nüfuz sahibi və dominant söz sahibi olmaq uğrunda bəzən birbaşa, bəzən də dolayı yolla, alətlər və aktorlar vasitəsilə əməli yarış nümayiş etdirirlər.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı da eyni masada danışıqların mümkünsüzlüyünü görən tərəflərin özünün hərəsinin xüsusi nümayəndəsi mövcuddur. Amma, ancaq və lakin bir digər tərəfdən də ATƏT-in Minsk Qrupunu süni olaraq dövriyyəyə cəlb etməklə bundan istifadə edərək "nə qoparda bilərəm, kardır" prinsipini də icra edirlər. Yəni, müəyyən mənada bu cür oyunlar hər tərəfə az və ya çox olmaqla xeyir edir. İstər Minsk qrupu, istərsə də statusla bağlı Azərbaycanın mövqeyi qəti və dəyişməzdir. Amma bu, onlar üçün yaxşı manipulyasiya vasitəsidir.
Paşinyan bir tərəfdən konstruktiv açıqlamalar verir, digər tərəfdən Moskva səfərindən sonra yenə mövqe dəyişikliyi göstərirsə, paralel olaraq da mövcud hakimiyyətin xarici işlər naziri Ararat Mirzoyan Minsk qrupu və statusla bağlı fikirlər səsləndirirsə, deməli, həm daxili auditoriyaya da oynanılır.
Düşünürəm ki, mayın 22-də baş tutacaq növbəti Brüssel görüşündən sonra konkret addımların atılması daha da yaxınlaşacaq. Çünki proses dayanmayıb, davam edir. Komissiyalarla bağlı məsələlər qəti donub, ya dayanıb desək düzgün olmaz. Delimitasiya və demarkasiya ilə bağlı komissiyanın tərkibi açıqlanıb. Yəni, çətinliklə və aşağı sürətdə olsa da iş gedir. Münasibətlərin normallaşması, sülh müqaviləsinin zaman, məkan olaraq harada imzalanması Azərbaycan üçün önəmli deyil. Çünki sülh müqaviləsinin iki dövlət arasında imzalanacağı qədər hər bir tərəfin öz marağı olduğu, görünən və görünməyən reallıqları aydın bildiyimiz üçün sülh təklifi edən dövlət olaraq Azərbaycan regionda və dünyada tərəflər arasında nifaqda deyil, sülh və stabillikdə maraqlıdır.
Sərhəddə və diplomatik masada təxribatlara cəhd var və olacaq. Biz bütün mümkün ssenarilərə hazırıq. Azərbaycan bəyan etdiyi qətiyyətli mövqeyində israrlı olduğu qədər, qalib tərəf kimi hər zamankından daha çox hərtərəfli və üstün söz sahibidir".