Baş nazir: Saakaşvili cəzasını sonadək çəkəcək

Baş nazir: Saakaşvili cəzasını sonadək çəkəcək Gürcüstanda ikinci cəbhə, həmçinin növbədənkənar seçkilər və eks-prezident Saakaşvilinin xaricə müalicə üçün transferi olmayacaq.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

“Biz lazım olan səviyyəyə çatmışıq. Biz əhaliyə uzunmüddətli əmin-amanlığa zəmanət veririk. Ölkədə ikinci cəbhə, müharibə olmayacaq”, - Qaribaşvili bildirib.

O əlavə edib ki, ölkədə əmin-amanlığın və sabitliyin olması hər kəs üçün vacibdir: “Bunsuz ölkədə heç nə olmayacaq... Ölkəmiz, xalqımız artıq üç dəfə Rusiya ilə döyüşüb. 90-cı illərdən sonra vətəndaş müharibəsi, minlərlə əziyyət çəkmişik. Sonra dağıdıcı nəticələrə gətirib çıxaran avqust müharibəsi və bu gün də davam edən ərazilərimizin işğalı... Əgər vəziyyəti düzgün analiz etməsək, o zaman çox pis nəticələrlə üzləşə bilərik. Buna yol verə bilmərik”, - deyə baş nazir bildirib.

O, Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini də istisna edib.
“Növbəti seçkilər 2024-cü ildə keçiriləcək”, - Qaribaşvili vurğulayıb.

O eyni zamanda müxalifətin son bəyanatlarını şərh edərək, Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi tələblərinin qeyri-adekvat olduğunu deyib.

“Bu ölkədə hamı qanuna tabe olmalıdır. O, məhbusdur, cəzasını sona qədər çəkməyə layiqdir. Onun transferi üçün heç bir əsas yoxdur”, - deyə baş nazir bildirib.

Oxşar xəbərlər