1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. Amma həmin ilin martında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 4 min kvadrat kilometr Azərbaycan torpağının Ermənistana verilməsi ilə bağlı qərar qəbul etmişdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra bu qərarın icra olunmasına imkan vermədi. Heydər Əliyev Azərbaycanı aqrar ölkədən, sənaye-aqrar ölkəsinə çevirə bildi. O, başa düşürdü ki, respublikanın hərbi ali məktəblərə ehtiyacı var. 1971-ci ildə bütün çətinliklərə baxmayaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail oldu. Heydər Əliyev bilirdi ki, hər bir cəmiyyətin ziyalı orduya ehtiyacı var. O, hər il minlərlə Azərbaycan gəncini SSRİ kimi nəhəng dövlətin ən nüfuzlu ali məktəblərinə göndərirdi.
Heydər Əliyevə qədər hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin əksəriyyəti tikinti batalyonlarına göndərilirdi. Amma o, bu sahədə də dönüş yarada bildi. Azərbaycanlı gənclər sovet ordusunun müasir silahla təchiz edilən hərbi hissələrində xidmət etməyə başladılar. Heydər Əliyev uzaqgörən bir siyasətçi idi. O, Dərin Özüllər Zavodunun tikintisinə nail olanda çoxları bu məsələnin mahiyyətini dərk edə bilmədi. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra dərk edildi ki, bu zavodun tikintisinə və fəaliyyətinə nə qədər ehtiyac var imiş.
Heydər Əliyev SSRİ dağılan ərəfədə, 1990-cı il 20 Yanvar qırğını ilə bağlı Moskvadan Azərbaycan xalqının yanında olduğunu bütün dünyaya bəyan etdi. SSRİ dağıldıqdan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmiş oldu. Lakin xalq bu müstəqilliyə görə sevinmədi, əksinə Azərbaycan torpaqlarının böyük bir hissəsi Ermənistan və onun havadarları tərəfindən işğal olundu. Heydər Əliyev öz xalqının yanında olmaq istədiyi üçün Naxçıvana gəldi və ağır blokada şəraitində olan Naxçıvanın azad olunmasında müstəsna xidmət göstərdi. Əgər Heydər Əliyev həmin vaxt getməsəydi, Naxçıvanın sonrakı taleyi yaxşı olmayacaqdı. Daha sonra Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanı qurtarmaq üçün Bakıya gəldi. Gəlişi ilə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Eyni zamanda, bir tərəfdən balanslaşdırılmış siyasət həyata keçirməklə qonşu dövlətlərlə münasibətləri səmimiləşdirdi, digər tərəfdən Ermənistan ordusunu dayandırmaq üçün atəşkəsə nail oldu. 1994-cü ildə Azərbaycan iqtisadiyyatına güclü təsir göstərmək və Bakı neftini dünya bazarına çıxarmaq üçün "Əsrin müqavilə"si imzaladı. Azərbaycan 1990-cı il 20 Yanvar, 1992-ci Xocalı soyqırımına siyasi qiymət verilməsinə nail oldu. 31 Mart Azərbaycanlıların Soyqırımı kimi təsbit olunması da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycanın Avropa Parlament Şurasına daxil olunmasında, ölüm hökmünün və senzuranın ləğv olunmasında, torpaqların kəndlilərə verilməsində böyük xidmətlər göstərdi. Bu da Heydər Əliyevin demokratik imicinə qarşı böyük hörmət qazandırdı.
Orucov Vidadi, Bakı Dövlət Sosial iqtisad Kollecinin direktoru