XIII Qlobal Bakı Forumu çərçivəsində prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri və dövlətlər arasında fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyini göstərir. Dünyada baş verən siyasi, iqtisadi və təhlükəsizlik prosesləri dövlətlərin daha sıx əməkdaşlıq etməsini zəruri edir. Müasir dövrdə qlobal sabitliyin təmin olunması üçün qarşılıqlı hörmət, dialoq və əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Son illərdə dünyada baş verən müxtəlif münaqişələr, siyasi qarşıdurmalar və təhlükəsizlik problemləri göstərir ki, sabitlik və təhlükəsizlik məsələləri hər bir dövlət üçün prioritet məsələyə çevrilmişdir. Dövlətlərin milli təhlükəsizliyinin təmin olunması yalnız hərbi güc vasitəsilə deyil, həm də siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq vasitəsilə mümkün olur. Təhlükəsiz və sabit mühitin mövcudluğu ölkələrin inkişafı, sosial rifahın yüksəldilməsi və beynəlxalq münasibətlərin möhkəmləndirilməsi üçün əsas şərtlərdən biridir.Regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması və sülh sazişinin mətninin razılaşdırılması regionda sabitliyin təmin olunması üçün mühüm addım hesab olunur. Sülh sazişinin əldə olunması ölkələr arasında qarşılıqlı münasibətlərin normallaşmasına, regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına və iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər. Bu proses həm də regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin formalaşmasına xidmət edir.
Azərbaycan coğrafi mövqeyinə görə mühüm strateji əhəmiyyətə malik ölkələrdən biridir. Ölkə Şərq ilə Qərb, həmçinin Şimal ilə Cənub arasında yerləşərək beynəlxalq nəqliyyat və logistika sistemində mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirilən layihələr region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına və beynəlxalq ticarətin genişlənməsinə böyük töhfə verir. Bu dəhlizlər Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, ölkəni beynəlxalq iqtisadi əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevirir.Regional təhlükəsizliyin təmin olunması Azərbaycan üçün xarici siyasətin əsas istiqamətlərindən biridir. Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi yalnız bir ölkənin deyil, bütün region dövlətlərinin maraqlarına cavab verir. Bu baxımdan ölkələr arasında qarşılıqlı etimadın yaradılması, əməkdaşlığın genişləndirilməsi və problemlərin dialoq yolu ilə həll olunması xüsusi əhəmiyyət kəsb edir.
Uzun illər davam edən münaqişə nəticəsində Azərbaycanın bəzi əraziləri işğal altında qalmışdı. Bu torpaqların azad edilməsi ölkənin ərazi bütövlüyünün bərpası və suveren hüquqlarının təmin olunması baxımından mühüm hadisə olmuşdur. Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri regionun sosial-iqtisadi inkişafına yeni imkanlar yaradır. Bu ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi həm ölkənin iqtisadi potensialını artırır, həm də regionda uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət edir.Münaqişələrin həllində bəzən beynəlxalq vasitəçilik mexanizmləri gözlənilən nəticəni vermir. Buna görə də tərəflər arasında birbaşa dialoq və ikitərəfli danışıqlar daha effektiv hesab edilir. İkitərəfli formatda aparılan danışıqlar tərəflərin problemləri daha açıq şəkildə müzakirə etməsinə və qarşılıqlı anlaşmaya nail olmasına imkan yaradır. Bu yanaşma münaqişələrin daha real və davamlı şəkildə həll olunmasına kömək edir.
Sülh və sabitlik şəraitində ölkələrin inkişaf imkanları daha da genişlənir. Sülh mühiti iqtisadi əməkdaşlığın inkişafına, investisiyaların artmasına və region ölkələri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Müharibə və münaqişələr isə iqtisadi resursların tükənməsinə, sosial problemlərin artmasına və humanitar çətinliklərin yaranmasına səbəb olur. Buna görə də sülhün qorunması və möhkəmləndirilməsi bütün dövlətlərin əsas məqsədlərindən biri olmalıdır.
Müasir dövrdə enerji təhlükəsizliyi də dövlətlərin milli təhlükəsizliyinin vacib komponentlərindən biri hesab olunur. Enerji resurslarının etibarlı və davamlı şəkildə təmin olunması ölkələrin iqtisadi inkişafı və siyasi sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan enerji sahəsində həyata keçirdiyi layihələr vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verir. Enerji əməkdaşlığı dövlətlər arasında qarşılıqlı asılılığı artıraraq sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına şərait yaradır.
Beləliklə, müasir dünyada fikir ayrılıqlarının aradan qaldırılması, dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı etimadın artırılması qlobal sabitliyin təmin olunması üçün mühüm şərtlərdən biridir. Dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər beynəlxalq sistemdə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Maştağa qəsəbəsi,128N-⁰li tam orta məktəbin
Texnologiya fənn müəllimi Səfərova Təranə